ELAN: QHT-LƏR ÜÇÜN TƏLİM

a

“Şəffaflıq Azərbaycan” təşkilatı Azərbaycanın regionlarında fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrini 5-6 Avqust tarixlərində “QHT-lərin idarəetmə bacarıqlarının inkişafı” mövzusunda keçirəcəyi təlimlərdə iştirak etməyə dəvət edir.

Ardı »

ŞƏFFAFLIQ AZƏRBAYCAN TƏŞKİLATI QHT-LƏR ÜÇÜN TƏLİM KEÇDİ

1“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri üçün “QHT-lərin idarəetmə bacarıqlarının inkişafı” mövzusunda təlim keçdi. 13-14 iyul 2016-cı il tarixlərində gənc QHT nümayəndələrinin, 15-16 iyul tarixlərində isə təcrübəli nümayəndələrin iştirakı ilə baş tutmuş təlimin məqsədi – Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının idarə olunmasında mövcud beynəlxalq və yerli siyasət və təlimatlar barədə məlumatlılığın artmasına və düzgün tətbiqinə töhfə verməkdir. Ardı »

ELAN: QHT-LƏR ÜÇÜN TƏLİM

a

Hörmətli Vətəndaş Cəmiyyəti Üzvləri,

“Şəffaflıq Azərbaycan” təşkilatı Sizləri 13-14 iyul15-16 iyul tarixlərində “Qeyri-hökumət təşkilatlarında (QHT) idarəetmə bacarıqlarının inkişafı” mövzusunda keçirəcəyi təlimlərdə iştirak etməyə dəvət edir.

Ardı »

DÖVLƏT QURUMLARINA TƏQDİM EDİLMİŞ TÖVSİYƏLƏRİN İCRA VƏZİYYƏTİNİN MONİTORİNQİNİN NƏTİCƏLƏRİ AÇIQLANIB

13474974_1150816598272514_3810113361599482279_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə dövlət qurumlarına təqdim edilən tövsiyələrin icra vəziyyətinin monitorinqinin nəticələri ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Hesabat 2015-ci ilin may ayından 2016-cı ilin may ayına qədər olan dövrü əhatə edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” IB, Azərişıq ASC (BakıElektrikŞəbəkə), Azərsu ASC ilə keçirilən dəyirmi masalarda, eləcə də digər vasitələrlə hər birinə ayrı-ayrılıqda təqdim olunmuş tövsiyələrin icra vəziyyətinin monitorinqindən ibarətdir. Ardı »

Hesabatla bağlı rəylərin alınması üçün Vətəndaş Cəmiyyətinə və Dövlət Qurumlarına müraciət

images (1)Hörmətli Vətəndaş Cəmiyyəti Üzvləri,

Sizi «Transparency International» təşkilatının milli bölməsi olan «Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə «Azərbaycan Şəffaflıq Tərəfdaşlığı» layihəsi çərçivəsində hazırlanmış monitoring Hesabatına rəy və təkliflərinizi verməyə dəvət edirik.

Hesabat 2015-ci ilin may ayından 2016-cı ilin may ayına qədər olan dövrü əhatə edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, «Azəriqaz» IB, Azərişıq ASC (BakıElektrikŞəbəkə), Azərsu ASC ilə keçirilən dəyirmi masalarda, eləcə də digər vasitələrlə hər birinə ayrı-ayrılıqda təqdim olunmuş tövsiyələrin icra vəziyyətinin monitorinqindən ibarətdir.

Fikirlərinizi yazılı bildirmək, eləcə də hesabata əlavə və dəyişikliklər etmək üçün son tarix 26 iyun 2016-dır. Bu tarixdən sonra hesabat yekun vəziyyətə gətiriləcəkdir

Hesabatın ilkin versiyası əlavə olunur.

 

Vacancy announcement for: ICT and Social Networks Coordinator

images (1)Vacancy announcement for: ICT and Social Networks Coordinator
Employer: Transparency Azerbaijan
Job location: Baku, Azerbaijan, with infrequent travels to the regional offices based in Ganja and Guba, as well as Berlin headquarters
Sector: Not-for-profit, advocacy for transparency and accountability in governance.

Organization URL: www.transparency.az
Contact person: Zumrud Ismayilova
Tel: (012) 497 68 15
Fax: (012) 596 20 38
E-mail: zumrud@transparency.az; info@transparency.az
Date posted: 24 May 2016
Last date to apply: 31 May, 2016

Ardı »

GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ İLƏ “BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNDƏ ŞƏFFAFLIQ VƏ HESABATLILIQ ” HAQQINDA DƏYIRMI MASA KEÇİRİLİB

13235343_1126129700741204_4960110787051568766_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılıq mövzusunu müzakirə etmək məqsədilə təlim keçirib. Təlim Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) Layihəsi çərçivəsində gənclər arasında şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Tədbirdə müstəqil ekspert Abil Bayramov tələbələr üçün maarifləndirici və məlumat xarakterli mühazirə deyib. Ardı »

GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ İLƏ “GÜNƏŞ IŞIĞI QANUNLARI” HAQQINDA DƏYIRMI MASA KEÇİRİLİB

13116047_1122175754469932_667572012075518152_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və Amerika Təhsilli Azərbaycanlı Məzunlar Assosasiyası ilə birgə Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə günəş işığı qanunlarının müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. Dəyirmi masa Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) Layihəsi çərçivəsində gənclər arasında şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Tədbirdə “Şəffaflıq Azərbaycan” müstəqil ekspert Ələsgər Əhmədoğlu tələbələr üçün maarifləndirici və məlumat xarakterli mühazirə deyib.
Gənclərin və müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə keçirilən dəyirmi masada gün işığı qanunlarının zəruriliyindən, bu qanunların idarəetmədə şəffaflığa necə təkan verdiyi müzakirə edilib. Eyni zamanda, cənab Əhmədoğlu informasiyalı cəmiyyətlə informasiyasız cəmiyyətin fərqləri və informasiya əldə etmək hüququ haqqında danışıb. O cümlədən, gənclərin hüquqi tənzimləmələr, beynəlxalq standartlar, daha şəffaf idarəetməyə necə nail olmaq haqqında fikir mübadiləsi aparılıb. Dəyirmi masanın məqsədi tələbələri maraqlı olan günəş işığı qanunları ilə bağlı məlumatlandırmaq və bununla bağlı əsas bilik və təlimatları aşılamaqdır. Ardı »