2011-ci il Korrupsiya Qavrama İndeksini

1Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2011-ci il Korrupsiya Qavrama İndeksini təqdim edib. Bu il Azərbaycan ötən il olduğu kimi 2.4 bal toplayıb.  Xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətibətində müəyyən edilir. Azərbaycan 183 ölkə arasında 143-cü sırada qərarlaşıb. Keçən il Azərbaycan 178 ölkə arasında 134-cü sırada yer almışdı. Transparency International nəzərə çatdırmaq istəyir ki,  ölkədə qeydə alınan irəliləyişlər verilən xallar əsasında müəyyən edilir. Ölkələrin mövqeyi isə bu və digər ölkələrdə qeydə alınan irəliləyişlər əsasında formalaşır. Bu mənada Azərbaycanın sıralamada mövqeyinin dəyişməsinin əsas səbəblərindən biri İndeksə yeni ölkələrin salınması və digər ölkələrdə qeydə alınan daha yaxşı irəliləyişlər hesab oluna bilər. İndeksin hazırlanması üçün məlumatlar əsaən 2009-cu ilin dekabrından 2010-ci ilin dekabrına qədər olan zaman ərzində toplanıb.
TI indeksi məhz sırayla formalaşdırır, amma ölkələrin sıralaması sadə şəkildə dəyişə bilər çünki, hər il indeksə yeni ölkə daxil edilə və çıxa bilər ki, buda nəticə etibarı ilə sıralamaya təsir göstərir. Odur ki, ölkədə korrupsiyanın vəziyyətini öyrənmək vəya illər üzrə müqayisə apara bilmək üçün xallar daha vacib əhəmiyyət kəsb edir. KQİ olduqca mürrəkkəb bir indeksdir. Onun hazırlanmasında nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğular, korrupsiya ilə əlaqəli mütəxəssis və biznes araşdırmalarından əldə edilən nəticələrdən istifadə olunmuşdur. KQİ 2011-un hazırlanması zamanı 13 müstəqil institutun keçirdiyi 17 müxtəlif sorğu və təhlillərin nəticələrinə istinad olunub.  Azərbaycanla bağlı hissənin hazırlanmasında 6 müxtəlif təşkilatın hazırladığı 7 fərqli mənbədən  istifadə olunub. Bu ilki, mənbələr ötən ildən bir qədər fərqlənir.  Azərbaycan və qonşu ölkələrin balları arasındakı fərqlərə gəlincə.  Ermənistanla Azərbaycan arasındakı fərq elə də “böyük” deyil. Ermənistanın 2010-cu və 2011-ci illərdə topladığı 2.6 bal da (2007-ci ildə 3, 2008-ci ildə isə 2.9, 2009-cu ildə 2.7  bal toplanmışdı) elə də yaxşı nəticə hesab edilmir və göstərici ilbəil aşağı düşür. Azərbaycanın iqtisadi potensialının daha yüksək olması, daha çox beynəlxalq yoxlamaların (nəzarətin) aparılmasını tələb edir. Bu,  beynəlxaq biznes qurumlarının qonşu ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyətə daha həssas yanaşmalarına səbəb ola biləcək faktorlardan hesab edilə bilər. Rusiyada yüksəliş müşahidə edilib. Ötən il bu ölkə 2.1 baldan 2.4 bala yüksəlib.  Türkiyənin və Gazaxstanın göstəriciləri  ötən il ilə müqaisədə düşüb  (4.4 baldan 4.2  və 2.9 baldan 2.7 bala). Gürcüstanın  göstəricisində isə yüksəliş qeydə alınıb, bu il 4.1. xalla qiymətləndirilib (2010-cu ilin ballı 3.8). Irələyiş  İranın mövqeyində də müşahidə olunur – bu ölkənin xalı ötən illə müqayisədə 2.2 xaldan, 2.7 xala  qalxıb.
Daha ətraflı məlumatla http://cpi.transparency.org/cpi2011/ səhifəsindən məlumat ala biləriniz.

Related posts: