2012-2016-cı illər ərzində Dövlət Qurumlarına Təqdim Edilmiş Tövsiyələrin İcra Vəziyyəti ilə bağlı Yekun Monitorinq Hesabatı Açıqlanıb

main“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə 2012-ci ilin sentyabr ayından 2016-cı ilin sentyabr ayına qədər olan dörd illik dövrdə aparmış olduğu ictimai vəkillik fəaliyyətləri ilə bağlı yekun hesabatı ictimaiyyətə təqdim edib. Hesabat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” IB, Azərişıq ASC (BakıElektrikŞəbəkə), Azərsu ASC və digər dövlət qurumları ilə keçirilən dəyirmi masalarda, eləcə də digər vasitələrlə hər birinə ayrı-ayrılıqda təqdim olunmuş tövsiyələrin icra vəziyyətinin monitorinqindən ibarətdir.  

Monitorinqin yekunları ilə bağlı keçirilən tədbirin açılışını edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirdi ki, ŞA müxtəlif dövlət qurumları ilə AŞT layihəsi çərçivəsində son dörd ildə 16 dəyirmi masa keçirmişdir və yekun hesabat bu müddətdə ictimai qurumlara ünvanlanmış tövsiyələrin həyata keçirilməsinin qısa məzmununu əhatə edir.

Monitorinq hesabatını təqdim edən “Şəffaflıq Azərbaycan” təşkilatının qrant meneceri Zümrüd İsmayılova bildirdi ki, ŞA vətəndaşların qeydiyyata alınması, kommunal xidmətlərin həyata keçirilməsi, sosial yardımların verilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə məşğul olan dövlət qurumlarına və əsasən də bu qurumların elektron xidmətlərinə xüsusi diqqət ayırıb. Daha sonra o, Azərbaycan qanunvericiliyinə təklif olunan dəyişikliklərlə bağlı tövsiyələri təfərrüatı ilə səsləndirib.

Tədbir, hesabatda adı keçən dövlət qurumlarının nümayəndələri və eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirələrlə davam etdi.

Dəyirmi masa ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsinin İctimai Müzakirələr komponenti çərçivəsində keçirilir.

14183869_1220304121323761_6446305303513569276_n 14184447_1220301741323999_7423673014608555927_n 14192057_1220304264657080_464605506079771966_n 14192577_1220312917989548_6959808638904365452_n 14192755_1220312717989568_9073144882611405730_n 14199246_1220303047990535_7580706336930801430_n 14199538_1220305927990247_2272298781952824089_n 14199538_1220313097989530_6338132350225006984_n 14199547_1220303097990530_5147340892133631664_n 14202527_1220301567990683_5866032352553388097_n 14202615_1220299807990859_5661024114586096972_n 14203333_1220313217989518_7489816262781208984_n 14212558_1220301257990714_811712964393401708_n 14212835_1220305667990273_8049834404077808530_n 14222276_1220303104657196_1866424537345045266_n 14222320_1220299814657525_7817133422596648837_n 14225609_1220299811324192_2368433890834161907_n 14232413_1220306504656856_5888092615783539832_n 14238091_1220304267990413_5884411500202936617_n 14264145_1220312857989554_8221611715200999581_n 14291821_1220306131323560_6964964218449014193_n

Related posts: