“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”

NovostroykaMəlum olduğu kimi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən 2015-ci il yanvarın 1-dən etibarən Azərbaycanda fiziki şəxslərdən alınan əmlak və torpaq vergisi fərqli hesablanır.Dəyişikliklərin ciddiliyini və yeni olmasını nəzərə alaraq, Şəffaflıq Azərbaycan təşkilatı əmlak və torpaq vergisi ilə bağlı bütün yenilikləri bir sənəddə toplayaraq Sizə oxuyub məlumatlanmağınız üçün təqdim edir.Sənədin hazırlanmasında məqsədimiz vətəndaşlarımızın yenilikləri daha sistemli şəkildə əldə edə bilməsi, hüquqi cəhətdən daha asan başa düşməsi və dəyişikliklərin tətbiqində üzləşdikləri problemlər və qanun pozuntularını, o cümlədən vergi dəyərlərinin lazım olandan daha yüksək hesablanmasını aradan qaldırmaqdır.
Əmlak və torpaq vergilərinə tətbiq olunan yeni dərəcələrin ətraflı izahı və misallarla birgə hesablanma qaydasını təsvir edən sənədimizlə buradan tanış ola bilərsiniz.

Related posts: