AŞT I

AZƏRBAYCAN ŞƏFFAFLIQ TƏRƏFDAŞLIĞI (AŞT) LAYİHƏSİ

I mərhələ

Sentyabr 2012 — Sentyabr 2016

Layihənin təsviri

AŞT layihəsi dörd il boyunca həyata keçirdiyi fəaliyyətlər vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarının korrupsiyaya qarşı aparılan mübarizədə oynadığı mühüm rolun gücləndirilməsini təklif edir, həmçinin şəffaflığın, hesabatlılığın və bütövlüyün təminatı naminə insanların tələblərinə qarşı hökumətin məsuliyyətinin artırılmasını təşviq edir. AŞT fəaliyyətləri vətəndaş cəmiyyəti və vətəndaşların korrupsiyaya qarşı mübarizə istiqamətində təşəbbüslərinin artırılması, eləcə də Azərbaycan hökumətinin korrupsiya ilə daha effektiv mübarizəsi üçün səylərinə dəstək verilməsi işini həyata keçirmək üçün planlaşdırılıb. Korrupsiya ilə mübarizədə nailiyyətlərin davamlı olmasını təmin etmək üçün proqram əsasən vətəndaş vətəndaş cəmiyyəti təşkilatlarını ən uyğun və uğurlu Beynəlxalq Şəffaflıq (BŞ) təşkilatının xidmətləri, alətləri və həll yolları ilə təmin edir.

Layihənin məqsədi

AŞT layihəsinin məqsədi, şəffaflığın artırılmasında vətəndaş cəmiyyətinin rolunu gücləndirmək və korrupsiyanın azaldılmasında milli, regional və yerli təşəbbüslərə yardım etmək; korrupsiya ilə mübarizədə daha təsirli və şəffaf hökumət strategiyalarının hazırlanması və tətbiqində Azərbaycan hökumətinə dəstək olmaq; hüquqi bilikləri aşılayaraq və ictimai elektron alətlərə çıxışı təmin edərək vətəndaşların imkanlarını artırmaq yolu ilə Azərbaycanda yaxşı idarəçilik və qanunun aliliyini təşviq etməkdir.

Layihənin vəzifəsi

Layihənin vəzifəsi yuxarıda göstərilən məqsədə çatmaqda irəliləyişə nail olmaq üçün əsas maraqlı tərəflərə yardım göstərməkdir. Hər vəzifə bir qrup uyğun fəaliyyətlərdə əks olunur və aşağıda müzakirə olunan nəticə ilə əlaqələndirilir.

Layihənin tərəfdaşları

AŞT layihəsinin ilk iki ilində, ŞA dörd təşkilatla – Konstitusiya Araşdırmaları Fondu (KAF), İqtisadi Araşdırmalar Mərkəzi (İAM), Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və İnternyus (Internews) təşkilatı ilə sıx əməkdaşlıq şəraitində işləmişdir. 2014-cü ilin ikinci yarısından etibarən ŞA-nın AŞT layihəsi çərçivəsində əməkdaşlığı KAF ilə davam edir; digər tərəfdaşların layihə üzrə fəaliyyətlərini ŞA öz üzərinə götürüb.

Layihədən faydalananlar

Layihədən faydalananlar vasitəçison olaraq ikiyə bölünür: Birinciyə daxildir: (1) QHTlər – xüsusi islahatların keçirilməsində vəkillik rolunu oynayan layihə partnyorları; (2) Milli, regional və icma əsaslı anti-korrupsiya təşəbbüslərinə töhfə verən Vətəndaş Cəmiyyəti Təşkilatları və qruplar; (3) Anti-korrupsiya ilə əlaqəli strategiya və planlar üzrə əməkdaşlıq etmək üçün seçilmiş əsas ictimai institutlar; (4) Nazirliklər və korrupsiya ilə mübarizədə fəal olan dairələr (ümumi əhaliyə korrupsiyanın təsiri çərçivəsində); (5) Bakı, Gəncə və Qubada hüquqi yardım mərkəzlərinin istifadəçiləri; (6) İctimaiyyətlə əlaqələr üzrə qurulmuş proqramların hədəfləri, xüsusilə həssas gənclər və qadınlar. Layihənin son hədəfləri isəkorrupsiyanın azalması nəticəsində meydana gələn sülh, firavanlıq və iqtisadi inkişafdan faydalanan bütün sosial-iqtisadi təbəqənin insanları – Azərbaycanın ümumi əhalisidir.

Layihə fəaliyyətləri

  • Tərəfdaşlar arasında çox tərəfli ictimai dialoqun asanlaşdırılması;
  • Açıq Hökumətin Təşviqi və Korrupsiya ilə Mübarizə Fəaliyyət Planı üzrə Azərbaycan  hökumətinin öhdəliklərinin icrasının monitorinqini həyata keçirmək;
  • Vətəndaş Cəmiyyəti Təşkilatlarının idarə olunması və daxili proseduraların inkişaf etdirilməsi;
  • İctimai sektorun inkişafı;
  • Hüquqi yardımların verilməsi;
  • İctimai maarifləndirmənin həyata keçirilməsi.

Layihənin nəticələri və təsiri

Layihə qeyri-siyasi ictimai təşəbbüslər və hökumət arasında konstruktiv əlaqələri qurmağı hədəfləyir (məsələn, monitorinq, qiymətləndirmə və hesabat vermə; təhsil vermə və korrupsiya sahəsində ictimai dialoqun təşkili). Gözlənilən nəticələr aşağıdakı kimidir:

  •   Korrupsiya ilə mübarizə təşəbbüslərinin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin iştirakının artırılması;
  •   Korrupsiya ilə mübarizə üzrə hökumətin öhdəliyinin icrasının təkmilləşdirilməsi;
  •   Vətəndaşlar korrupsiya sahəsində maarifləndirilib və korrupsiyanın azaldılması üçün  imkanlara sahibdir.