Hökumətlərin Müdafiə sahəsində Anti-korrupsiya İndeksi 2015 açıqlanıb

gi-2013-mainreportphase04Beynəlxalq Şəffaflıq” Təşkilatının Müdafiə və Təhlükəsizlik Proqramı (BŞ MTP) çərçivəsində hazırlanmış yeni  “Hökumətlərin Müdafiə sahəsində Anti-korrupsiya İndeksinə” əsasən Azərbaycanın müdafiə sektoru “çox yüksək” korrupsiya riski ilə qarşı-qarşıyadır.Dünyada müdafiə sektorları arasında korrupsiyaya meyillilik səviyyəsini qiymətləndirmək üçün 77 ballıq sorğudan istifadə edən BŞ MTP 128 ölkənin korrupsiyaya qarşı hazırlıq səviyyəsini A-dan (aşağı risk) F-ə (böhranlı risk) qədər olan şkala əsasında sıralamışdır; Azərbaycan E səviyyəsində qiymətləndirilmişdir və nəticədə Avropanın ən çox korrupsiya riski təhlükəsi altında olan ölkələrindən birinə çevrilmişdir.2012 — 2015-ci illər üzrə Korrupsiyaya qarşı Milli Fəaliyyət Planı və yüksək rütbəli hərbi qulluqçuların işdən azad olunması kimi son vaxtlar həyata keçirilmiş islahatlar hələ ciddi nəticələr verməmişdir.Yüksək rütbəli hərbi qulluqçuların hesabatlılığı aşağı səviyyədədir və Parlament müdafiə xərcləri və siyasəti üzərində güclü nəzarət imkanlarına sahib deyil. Azərbaycanın müdafiə xərcləri 2015-ci ildə 27% artsa da, bu vəsaitlərin xərclənməsi qeyri-şəffaf olaraq qalır. Parlament müdafiə sahəsində olan xərclərin planlaşdırılmasında cüzi rol oynayır və hərbi büdcə üzrə daxili və kənar auditlər keçirilmir, audit nəticələri ictimaiyyətə açıqlanmır.BŞ MTP-nın direktoru Ketrin Dikson qeyd etmişdir:“Şəffaf və hesabatlı müdafiə institutları NATO-nun İttifaq olaraq təmsil etdiyi dəyərlərin həlledici parçası olmalıdır.  Kollektiv müdafiənin yenidən diqqət mərkəzində olduğu bu günlərdə, NATO müdafiəsinə cavabdeh olduğu cəmiyyətlərin yüksək demokratik standartları ilə fərqlənən cəmiyyətlər olduğunu açıq bəyan etməlidir.NATO dünyanın ən böyük hərbi və siyasi ittifaqıdır – tərəfdaşları və hərbi birləşmələri vasitəsilə isə misilsiz qlobal nüfuza malikdir. NATO üzv ölkələrinin ən yüksək dürüstlük standartlarına cavab verməyə və cəlb olunduqları ölkələrdə korrupsiya problemini həll etməyə hazır olub-olmaması beynəlxalq təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır.”Hesabatda göstərilmişdir ki, NATO üzv dövlətləri və tərəfdaş dövlətlər üzrə standartlar xeyli fərqlənir. A qrupunda yüksək nəticə göstərən Böyük Britaniya korrupsiya hallarının ifşa edilməsi və satınalmalar sahəsində Avropanın qonşu ölkələrindən irəlidədir. ABŞ,  Almaniya və Hollandiya B qrupunda, Portuqaliya, Ukrayna və Türkiyə D qrupunda, Əfqanıstan və Özbəkistan isə Azərbaycanla birlikdə E qrupundadırlar.Bu hesabat dünyanın müdafiə institutlarının dürüstlüyü haqqında aparılmış tədqiqatlar seriyasının bir hissəsidir.  Tədqiqatın nəticələri göstərir ki, idarəçiliyin ən zəif olduğu Yaxın Şərq, Asiya və G20 ölkələrində qlobal hərbi xərclər daha sürətlə artmaqdadır, bu isə beynəlxalq sülhə və sabitliyə hədə törədir.“Beynəlxalq Şəffaflıq” Təşkilatı NATO və Avropanın böyük dövlətlərini bu ölkələrə yanaşmalarında, xüsusilə mahiyyəti etibarilə qeyri-sabit olan cəmiyyətlərə hərbi imkanların ixracının yaratdığı risklər barədə daha uzaqgörən olmağa çağırır.

NATO: faktlar

  • Şimali Atlantika Ticarət təşkilatı dünyanın ən böyük hərbi və siyasi ittifaqıdır.
  • Təşkilata üzv dövlətlərdən 6-sı müdafiə sahəsində xərclərin həcminə görə dünyada ilk 15 ölkə sırasındadır.
  • 2014-cü ildə onların büdcələri dünya üzrə dövlət xərclərinin 46.5 faizini təşkil etmişdir.
  • Dünyanın ən böyük silah 20 ixracatçılarından 10-u NATO üzvüdür, digər 3-ü isə tərəfdaş Avropa ölkələridir.

TI

Əlaqə:

Dominic Kavakeb
Communications Manager
E: dominic.kavakeb@transparency.org.uk
T: + 44 (0)20 3096 7695
M: +44 (0)79 6456 0340 (out of hours enquiries)

 Redaktorlar üçün qeydlər:

“Hökumətlərin Müdafiə sahəsində Anti-korrupsiya İndeksi” müdafiə və təhlükəsizlik institutlarında korrupsiya riski ilə əlaqədar institusional və qeyri-formal nəzarət mexanizmlərinin mövcudluğunu və səmərəliliyini, həmçinin onların icra vəziyyətini qiymətləndirir. “Beynəlxalq Şəffaflıq” Təşkilatının ekspertlər komandası 77 indikator üzrə fərqli mənbələrdən və müsahiblərdən faktları toplayaraq hökumətlərə onların müdafiə institutlarında dürüstlüyün səviyyəsinin ətraflı qiymətləndirməsini təqdim edir.
NATO 2015 hesabatı bu məlumatlar əsasında hazırlanmış ölkələr üzrə risk reytinqinlərini dərc edir və regiondakı  trendləri nəzərdən keçirir.
Bu hesabat 2015-ci ilin oktyabr ayında nəşr olunmuş Yaxın Şərq və Şimali Afrika, Asiya — Sakit Okean və G20 hesabatlarının davamıdır. 2015-ci il indeksi əsasında hazırlamış növbəti hesabatlar Afrika və zəif dövlətlərə (fragile states) həsr olunacaqdır.

Related posts: