Barəmizdə

Transparency International təşkilatı haqqında

Transparency International bütün dünyada korrupsiya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə durumunun artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir. Transparency International göstərilən prinsipi özünə rəhbər tutur: “Korrupsiya ölkənin xüsusi bir halı olduğundan, yerli təşkilatların fəaliyyəti göstərilən hər hansı xarici təsirdən və ya cəhddən daha effektli ola bilər.”


«Şəffaflıq Azərbaycan» haqqında

“Şəffaflıq Azərbaycan” 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairələrin nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında Transparency International təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçmişdir. Biz, əsasən, ictimaiyyətin bilik səviyyəsinin artırılması, işgüzar etika sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırırıq. Biz həmçinin korrupsiyanın şahidləri və qurbanları olan sıravi fiziki şəxslərə hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstəririk.

Fəaliyyət üsulumuz

Şəffaflıq Azərbaycan tərəfsiz təşkilatdır, heç bir siyasi qüvvənin maraqlarına xidmət etmir və onların əleyhinə fəaliyyət göstərmir. Biz Azərbaycan xalqının xeyrinə çalışırıq. Bizim strateji baxışımız hökumətin, siyasətin, biznesin, vətəndaş cəmiyyətinin və insanların gündəlik həyatının korrupsiyadan azad olduğu dünyadır. Bizim missiyamız cəmiyyətin bütün sahələrində və bütün səviyyələrində korrupsiyaya qarşı mübarizə aparmaq, şəffaflığı, hesabatlılığı, dürüstlüyü, həmrəyliyi, cəsarəti, ədaləti və demokratiyanı təşviq etməkdir.

Bizim əsas dəyərlərimiz və prinsiplərimizə görə daha çox şəffaflığa və dürüstlüyə nail olmaq üçün uzunmüddətli öhdəliklər tələb olunur. Bu isə yalnız maraqlı tərəflərin və ümumilikdə cəmiyyətin məlumatlılığı və dəstəyi ilə mümkündür. ŞA əsas tərəfdaşlarla, xüsusilə də, hökumətlə, vətəndaş cəmiyyəti üzvləri və Azərbaycan xalqı ilə xoş münasibətlər və əməkdaşlıq qurmağa səy göstərir. Bu, ŞA-nın korrupsiya ilə mübarizədə işinin təsirini artırmaq və nəticə əldə etmək üçün mühümdür.

Hökumətlə münasibətlərimizdə aparıcı prinsiplərimiz şəffaflıq, hesabatlılıq, dürüstlük və ədalət kimi dəyərlərimizdir. ŞA-nın hökumətlə fəaliyyət üsulu dövlət siyasəti və proseslərinin tərəfsiz təhlilinə, eləcə də, korrupsiya ilə mübarizə sahəsində monitorinqlərin keçirilməsi, ictimai sektorun müxtəlif sahələrində problemlərin həll edilməsi üçün tövsiyələrin hazırlanması və müsbət dəyişikliklərin təşviqi vasitəsilə hökumətin anti-korrupsiya fəaliyyətlərinə konstruktiv olaraq cəlb edilməsinə əsaslanır.

ŞA fərqli istiqamətlərdə vətəndaş cəmiyyəti üzvlərini əməkdaşlığa cəlb edərək (QHT-lərlə şəbəkə və mütəmadi görüşlər artıq keçirilməyə başlayıb) və icra etdiyi fəaliyyət və strategiyaların qiymətləndirilməsi və inkişaf etdirilməsi üçün onların fikir və töhfələrindən istifadə edərək hökumətə tövsiyələr hazırlayır. ŞA-nın keçirdiyi dəyirmi masalar dövlət qurumları və vətəndaş cəmiyyəti mütəxəssislərinə əsas korrupsiya məsələləri üzrə ölkədəki vəziyyəti müzakirə etməyə, islahatlar üçün vəkillik aparmağa və həmçinin, ŞA-ya korrupsiya ilə mübarizə və şəffaflığın təşviqi sahəsində ölkənin qabaqcıl məlumat mərkəzi və strateji əməkdaşı mövqeyindən çıxış etməyə imkan yaradır.

“Şəffaflıq Azərbaycan” təşkilatının İdarə heyətinin üzvləri

    • Hafiz Həsənov, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin İdarə Heyətinin sədri
    • Sevinc Səmədzadə, Beynəlxalq Gənc Həmyaşıd Təhsili Şəbəkəsinin (Y-PEER) Milli Kordinatoru
    • Ceyhun Atayev, KSM və İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Menecer, PAŞA Bank
    • Vüqar Əsgərov, Dövlət İmtahan Mərkəzinin Hüquq şöbəsinin müdiri
    • Rəna Səfərəliyeva – İH üzvü, təsisçi

“Şəffaflıq Azərbaycan” təşkilatının İdarə Heyəti yanında Təsisçilər Şurasının üzvləri

  1. Süleymanov Fuad Məhi oğlu – “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin İdarə Heyətinin sədri, müstəqil hüquqşünas
  2. Bağırov Sabit Aydın oğlu – “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım” Fondunun prezidenti
  3. Məmmədova Dürdanə Mirzə qızı – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında konstitusiya hüququ şöbəsinin müdiri
  4. Səfərəliyeva Rəna Teymur qızı, müstəqil ekspert 

      «Şəffaflıq Azərbayan»  İcraçı direktoru

       Əliməmməd Nuriyev 

Bizim  əlaqələrimiz

Ünvan: AZ1001 Bakı, M.Əfəndiyev  7/24,  3-cü mərtəbə  
Tel: (+994 12) 4925726

Tel: (+99450) 2232929

E-mail: alimammad@transparency.az