GÖMRÜK XİDMƏTİ İLƏ BAĞLI SORĞU

«Şəffaflıq Azərbaycan» təşkilatı biznes subyektləri arasında GÖMRÜK XİDMƏTİ ilə bağlı SORĞU keçirir.
Sorğunun məqsədi gömrük xidmətini şəffaflıq, operativlik, rahatlıq, səmərəlilik nöqteyi nəzərdən təhlil etmək və gömrük xidmətinin inkişafı ilə bağlı Dövlət Gömrük Komitəsinə tövsiyələr hazırlamaqdır.
Sözügedən tövsiyələr 2017-ci ilin iyul ayında keçiriləcək dəyirmi masada komitəyə təqdim ediləcəkdir. Sorğuda iştirak edərək, gömrük xidmətinin daha yaxşı təşkil edilməsinə öz töhfənizi verə bilərsiniz.

“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi buraxılış imtahanı üzrə müşahidə aparmışdır

19369443_10211432848749501_11849101_n“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Məhəmməd Muradov Bakı şəhəri, Nəsimi rayonu, 159 saylı orta məktəbdə ümumi orta (9-cu sinif) təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanını müşahidə etmişdir. Müşahidə zamanı (i) buraxılış rejimi, (ii) bina nümayəndəsinin vəzifə təlimatları, (iii) şagirdlərin psixoloji durumu, (iv) məmnuniyyətin ölçülməsi, (v) müşahidənin aparılması metodu ilə bağlı bəzi məsələlər aşkarlanmış və daha sonra isə həmin məsələlərin həlli istiqamətində 9 tövsiyə təklif edilmişdir. Ardı »

Jurnalistlər üçün Satınalmalar Sahəsində Təlim Elanı

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən icra olunan “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsi çərçivəsində 8-9 iyul 2017-ci il tarixlərində saat 10.00-18.00 arasında jurnalistlər üçün 2-günlük təlim keçiriləcəkdir. Ardı »

Dövlət Qurumlarının Xidmət Mərkəzlərinin Monitorinqi Aparılacaq

Açıq Hökumət Platforması Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqini həyata keçirir. Milli Fəaliyyət Planının 8.6-cı bəndinə əsasən hökumət “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təşkil etməlidir. Ardı »

Hökumət və Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda dövlət satınalmalarında şəffaflığın artırılması yollarını müzakirə ediblər

tiNiderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən icra olunan “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsi çərçivəsində Azərbaycanda dövlət satınalmalarında şəffaflığın artırılması mövzusunda dəyirmi masa keçirilmişdir. Ardı »

Pul vəsaitlərinin nağdlaşdırılması ilə bağlı problem həll olundu

Aprelin 29-da Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı QHT sədrlərinin və media nümayəndələrinin, eləcə də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanovun da iştirakı ilə görüş keçirib. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında təşkil olunan dəyirmi masada son zamanlar QHT-lərin hesablarına daxil olan vəsaitlərin nağdlaşdırılması ilə əlaqədar yaranmış problemlərin müzakirəsi aparılıb. “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva da görüşdə iştirak etmiş və aşağıdakıları nəzərə çatdırmışdır: Ardı »

Pul Vəsaitlərinin Nağdlaşdırılması ilə bağlı BƏYANAT

DSC_0284Problem: “Şəffaflıq Azərbaycan” təşkilatı vergi ödəyicilərinə münasibətdə “Nağdsız hesablaşmalar haqqında” qanunun (bundan sonra “Qanun”) tətbiqi prosesini diqqətlə izləyir. Təşkilatımız eyni zamanda Qanunun tələblərinin praktikada fərqli şəkildə tətbiq olunduğunu nəzərə çatdırır, onun düzgün tətbiq edilməməsinin biznes və QHT sektoruna mümkün mənfi təsirlərindən narahat olduğunu bildirir. “Şəffaflıq Azərbaycan” təşkilatı ölkədə nağdsızlaşma prosesini dəstəkləyir, lakin bu prosesin nağd əməliyyatlara total qadağa qoyulması yolu ilə deyil, ağlabatan məhdudiyyətlərin tətbiqi vasitəsilə təşviq edilməsini dəstəkləyir.

Son vaxtlar Qanunun tələblərinin icrası adı ilə banklar tərəfindən müştərilərə (biznes subyektlərinə), o cümlədən QHT-lərə münasibətdə bir sıra problemlər yaradılması müşahidə olunur. Elə təəssürat yaranır ki, Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra “Palata”) tərəfindən 4 aprel 2017-ci il tarixli 04/15-174 nömrəli banklara göndərilən Qanunun icrası ilə bağlı göstəriş məktubu banklar tərəfindən aydın anlaşılmamış, bütün hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən QHT-lərə münasibətdə tətbiq edilməyə başlanmışdır. Nəticədə, QHT-lərin fəaliyyətində bir sıra problemlərin yaranmasına səbəb olmuşdur. Ardı »

Hökumətlə Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması mövzusunu müzakirə ediblər

18010899_1476124122408425_4058015961662780095_n“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması” mövzusunda dəyirmi masa keçirib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsiləvi tədbirlərin davamıdır.

Ardı »