Azərbaycan Şəffaf Dövlət Satınalmaları Reytinqi üzrə qiymətləndirilib

Capture“Şəffaflıq Azərbaycan” təşkilatı Gürcüstanın İnformasiya Azadlığının İnkişafı İnstitutu tərəfindən icra olunan “Şəffaf Dövlət Satınalmaları Reytinqi” layihəsində tərəfdaş qismində iştirak edir. Layihə çərçivəsində “Şərq tərəfdaşlığı” üzv dövlətlərində – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada dövlət satınalmaları sahəsində qanunvericiliyin qiymətləndirilməsi aparılıb və 5 ölkənin vətəndaş cəmiyyəti nümayəndələri də tərəfdaş kimi qiymətləndirməyə cəlb olunub. Layihənin məqsədi sözügedən 6 ölkədə dövlət satınalmaları qanunvericiliyinin və onun icra vəziyyətinin qiymətləndirilməsidir. Qiymətləndirmənin qanunvericiliklə bağlı nəticələri açıqlanıb, icra vəziyyəti barədə nəticələrin isə yaxın zamanda dərc olunması nəzərdə tutulub. Ardı »

TENDER ELANI

16143205_1380061785347993_1234455179432521929_n“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsinin “Biznes Komponenti” çərçivəsində “Kiçik və orta sahibkarlar üçün gömrük qanunvericiliyinin izahı ilə bağlı bələdçi” hazırlanması üzrə müsabiqə elan edir. Ardı »

Hökumətlə Vətəndaş Cəmiyyəti Üzvləri Fərdi yaşayış evlərinin istismara qəbulu mövzusunu müzakirə ediblər

17626251_1449099571777547_1755364429480992834_n“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Fərdi yaşayış evlərinin istismara qəbulu: problemlər və onların həll yolları” mövzusunda dəyirmi masa keçirib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsiləvi tədbirlərin davamıdır. Ardı »

Vergi Məcəlləsinə dəyişikliklər: torpaq vergisi və torpağın satışına vergi

PO09_BS_Holding_ho_2304328g“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minən torpaqların satışının sadələşdirilmiş vergiyə cəlb edilməsi dəyişikliyini müsbət qəbul edir. Bununla yanaşı, illik torpaq vergisi ilə bağlı son zamanlarda Vergi Məcəlləsinə xeyli dəyişikliklər edilsə də, hələ də bəzi dəyişikliklərdə düzəlişlərə ehtiyac var. Ardı »

“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi «Özəl sektorda korrupsiya və onunla mübarizə» mövzusunda təlim keçdi

1

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi məmnuniyyətlə bildirir ki, təşkilatın layihə koordinatoru Məhəmməd Muradov Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) və Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 4-8 fevral 2017-ci il tarixlərində Qəbələ şəhərində keçirilən Antikorrupsiya Qış Məktəbinə təlimçi olaraq cəlb edilmişdir. Ardı »

“Xarici donorlar tərəfindən AR-nın ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na dəyişikliklə bağlı

Foto Rena S.AR Nazirlər Kabinetinin 12 saylı, 24 yanvar, 2017 tarixli qərarı ilə “Xarici donorlar tərəfindən AR-nın ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na dəyişiklik edib. “Şəffaflıq Azərbaycan” təşkilatı dəyişikliyin QHT problemlərinin həlli istiqamətində mühüm addım olduğunu və xarici donorlar tərəfindən ölkə ərazisində qrant vermək hüququnun əldə edilməsi prosedurunu asanlaşdıracağını hesab edir. Ardı »

Korrupsiya Qavrama İndeksi (KQİ) 2016

CPI 2016“Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2016-cı il üçün Korrupsiya Qavrama İndeksini (2016 KQİ) təqdim edir. Bu il Azərbaycan indeksdə 30 balla 176 ölkə arasında 123-cı sırada yer alıb. Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Odur ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir. 2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu yeri tutmuşdu. Azərbaycanın 2016 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. Ardı »