user

Avro bahalaşıb

Avro 01Mərkəzi Bank sentyabrın 9-da ABŞ dollarının və Rusiya rublunun kurslarını dəyişməyib. Transparency.az-ın məlumatına görə, 1 dollar 1,6403 manata, 1 rubl isə 0,0256 manata təklif edilir.

Avronun rəsmi məzənnəsi isə yüksəlib. Ötən gün 1,8454 manata satılan 1 avroya 1,8498 manat qiymət qoyulub (Məzənnələr).

Ötən gün Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 551,9 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 935,4 milyon dollar alınıb, beləliklə, manatın məzənnəsini nizamlamağa 4 milyard 487,3 milyon dollar gedib.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il ABŞ dollarının ən aşağı qiyməti mayın 25-26-sı qeydə alınıb: 1 dollar 1,49 manata satılıb. Ən yüksək rəsmi qiymət isə martda olub. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub.

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.