Analiz

Mərkəzi Bank manatın kursunu sərbəst buraxa bilər

Mərkəzi Bank manatın kursunu sərbəst buraxa bilər

Mərkəzi Bank 2016-cı ilin sonuna doğru liberal məzənnə siyasətinə keçə bilər. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov bu qənaətdədir. Ekspert Dövlət Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatlarına nəzər salaraq hərraclarda iştirak imkanlarının tükəndiyini bildirir: “Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatı var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan […]

Ekspert hökuməti dolların əksinə getməyə çağırır

Ekspert hökuməti dolların əksinə getməyə çağırır

“Hökumət əks-dollarlaşma strategiyası hazırlamalı, makroiqtisadi sabitliyə yönələn tədbirlərin icrasına başlamalıdır”. İqtisadçı ekspert Samir Əliyev ölkədə makroiqtisadi sabitliyin təmin olunması, milli valyutanın iqtisadiyyatda rolunun artırılması və əhalinin inamının bərpası üçün bu cür addım atmağı zəruri hesab edir. Transparency.az-ın məlumatına görə, ekspert “Manatın xilası — əks-dollarlaşma” məqaləsində yazır ki, etibarlı pul-kredit və məzənnə siyasətinə, aşağı və sabit […]

Problemli kreditlər problemini necə çözmək olar?

Problemli kreditlər problemini necə çözmək olar?

İqtisadçı ekspert Vüqar Bayramov problemli kreditlərin sağlamlaşdırılması proqramının qəbulunu təklif edir. Transparency.az-ın məlumatına görə, ekspert ABŞ təcrübəsindən çıxış edərək bildirir ki, dövlət həmin kreditləri və aktivləri alaraq bu istiqamətdə problemləri müəyyən qədər yumşalda, bankların fəaliyyətini yaxşılaşdıra bilər: “Dolların bahalaşması xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür, problemli kreditlərin həcmi daha da arta bilər. Dövlətin problemli […]

İki yoldan üçüncüsü

İki yoldan üçüncüsü

İqtisadçı ekspert Vüqar Bayramov manatın məzənnə siyasətində mümkün dəyişikliklərdən söz açıb. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, manatı qorumaq üçün son il yarımda 11 milyard dollar xərcləyən, amma hələ də milli valyutanın kursunu sabitləşdirə bilməyən Mərkəzi Bank üçün indi əsas prioritet məzənnə siyasətini dəyişməkdir: “Əgər banklar hərraca 700 milyon dollar tələbi ilə gedib sadəcə 50 […]

Əmək qiymətdən düşür

Əmək qiymətdən düşür

“Azərbaycanda yalnız işsizlik artmır, həm də iş yerlərində əməyin dəyərsizləşməsi prosesi gedir”. İqtisadçı ekspert Qubad İbadoğlu belə yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, milli valyuta dəyər itirəndən sonra inflyasiyanın səviyyəsi əhalinin gəlirlərini və əmək haqlarını üstələyir: “2016-cı il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521 min 100 nəfər olub, […]

Azərbaycan 10 ildə neftdən 140 milyard dollar qazanıb

Azərbaycan 10 ildə neftdən 140 milyard dollar qazanıb

Neft müqavilələri çərçivəsində Azərbaycan 140 milyard dollara yaxın vəsait əldə edib. İqtisadçı ekspert Rövşən Ağayev belə yazır. Transparency.az-ın məlumatına görə, son 10 ildə mənfəət neftinin satışından əldə olunan gəlirlərə nəzər salan ekspert qeyd edir ki, böyük neft pullarının ölkəyə sel kimi axdığı 2006-2015-cı illərdə mənfəət neftinin satışından Dövlət Neft Fonduna 122,5 milyard dollar daxil olub: […]

Valyuta yağışından quraqlığa…

Valyuta yağışından quraqlığa…

İqtisadçı ekspert Rövşən Ağayev ölkədəki valyuta qıtlığının səbəblərini şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “2007-2014-cü illərdə neftin yüksək qiyməti hesabına ölkə iqtisadiyyatı dollar yağışına düşmüşdü. Digər tərəfdən ölkəyə böyük həcmli xarici kredit axını vardı. Həmin 8 ildə hökumət xətti ilə Azərbaycana 6 milyard dollara yaxın kredit (ildə orta hesabla 750 milyon dollara yaxın) gəlib. […]

Məşğulluq niyə leqallaşmır?

Məşğulluq niyə leqallaşmır?

        Rövşən Ağayev Əmək müqavilələrinin elektronlaşdırılması ilə bağlı qərarın icraya başlamasından 2 il ötür. Hələ başlanğıcda gözləntilər vardı ki, yeni mexanizm əmək bazarında qeyri-rəsmi məşğulluğun leqallaşmasına töhfə verəcək, müqaviləsiz işçi çalışdıran sahibkarlarda qeyri-formal əmək münasibətlərindən qaçmağa məsuliyyət yaradacaq. Amma ötən dövrün nəticələri göstərir ki, müqavilə ilə çalışanların sayında artım baş verməyib, əksinə, azalma qeydə alınıb. […]

25 ilin qazancı və itkiləri

25 ilin qazancı və itkiləri

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il ötür. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin sənəd ümumxalq səsverməsi ilə təsdiqlənib. Ötən 25 il Azərbaycana sosial-iqtisadi baxımdan nələr verdi? Müstəqillik illərinin qazancları və […]

Manatın taleyi: sentyabrdan yeni şərait yaranır

Manatın taleyi: sentyabrdan yeni şərait yaranır

“Manatın sabitliyini təmin edən şərait yoxdur”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə yazır. Ekspert bildirir ki, hətta neftin bahalaşması manatı xilas edə bilməyib: “Tələbatın yüksək olması idxalın artması, bankların borc öhdəliklərini yerinə yetirməsi, bağlanan bankların qaytarılan əmanətlərinin dollarlaşması, turizm mövsümü və sair amillərlə bağlıdır. Banklarda dollar qıtlığı var. Dollar ya ölü kapital kimi […]

“Nazirlər Kabinetinin çevik reaksiya vərdişləri yoxdur”

“Nazirlər Kabinetinin çevik reaksiya vərdişləri yoxdur”

“Azərbaycan Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklər konstitusiya islahatlarının məntiqi davamıdır”. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA-ya açıqlamasında belə deyib. Əli Hüseynli qeyd edib ki, Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad var: “Bu kontekstdə icra hakimiyyəti institutunda həyata keçirilən institusional […]

Əhali artımının nə üstünlükləri var?

Əhali artımının nə üstünlükləri var?

Rəsmi məlumata görə, Azərbaycan əhalisinin sayı 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfər olub. Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon 218,5 min nəfər idi. 25 ildə ölkə əhalisinin sayı 2 milyon yarımdan çox artıb. Əhali artımının nə üstünlükləri var? Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun demoqrafiya və iş qüvvəsinin […]

Türkiyədən Azərbaycana hansı kitablar, necə, neçəyə gətirilir?

Türkiyədən Azərbaycana hansı kitablar, necə, neçəyə gətirilir?

Gəliri milyardlarla dollara ölçülən qlobal kitab biznesinin 60 faizindən çoxu 6 ölkənin payına düşür. Bazarın 26 faizinin ABŞ-a, 12 faizinin Çinə, 8 faizinin Almaniyaya, 7 faizinin Yaponiyaya, 4 faizinin Fransaya, 3 faizinin Böyük Britaniyaya məxsus olduğu bildirilir. www.statista.com saytının məlumatına görə, ötən il təkcə ABŞ-da kitab nəşrindən 30 milyard dollar gəlir əldə edilib. 2020-ci ilə […]

Qalan 4 ayda manatı nə gözləyir?

Qalan 4 ayda manatı nə gözləyir?

        Rövşən Ağayev İkinci devalvasiyadan sonra manatın dollar qarşısında ən yüksək məzənnəsi mart ayında qeydə alınmışdı: 1,64. Ümumilikdə mart ayının ilk yarısında məzənnə 1,60-1,64 intervalında dəyişdikdən sonra may ayının axırlarında manat özünün ən yüksək (ucuz) məzənnəsi ilə müqayisədə 10% bahalaşaraq 1,49 nöqtəsində qərarlaşıb. Valyuta və neft bazarları arasında əlaqə və dinamikanı izləyən təhlilçilər yaxşı bilirlər […]

Ekspert: “Hərraca çıxarılan müəssisələrin çoxu satılmayacaq”

Ekspert: “Hərraca çıxarılan müəssisələrin çoxu satılmayacaq”

İqtisadçı ekspert Qubad İbadoğlu Əmlak Məsələləri Dövlət Komitəsinin 65 dövlət əmlakını özəlləşdirmək qərarını şərh edib. Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. Rəsmi məlumata görə, bu tədbirlər prezidentin 19 iyul 2016-cı il fərmanına və dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun həyata keçirilir. Komitə 65 dövlət əmlakının özəlləşdirilməsi üçün hərraclar […]

Dolanışıq təhsilə necə təsir göstərir?

Dolanışıq təhsilə necə təsir göstərir?

Ailənin iqtisadi durumu təhsilin keyfiyyətinə necə təsir göstərir? İqtisadçı ekspert Rövşən Ağayev buna nəzər salıb. Transparency.az-ın məlumatına görə, ekspert Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötən il bir neçə məktəbdə apardığı monitorinq imtahanın nəticələrini təhlil edərək yazır: “Təhsilin keyfiyyətini itirməsində təhsil sisteminin idarəçiliyində olan problemlərin, sistemdaxili qərar qəbulunda və mexanizmlərdəki yanlışların payı həlledici olsa da, sistemdənkənar […]

Neftə tələbat: rəqəmlər nə göstərir?

Neftə tələbat: rəqəmlər nə göstərir?

AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin hesabatına istinadla bildirir ki, iyulda qlobal neft təklifi əvvəlki aya nisbətən gündəlik 800 min barrel artıb və 97 milyon 10 min barrel olub. Aylıq hesabata görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) xam neft istehsalı iyulda iyun ayına nisbətdə gündəlik 150 min barrel artımla 33 milyon 390 min barrelə çatıb. Bu […]

Korrupsiya ilə mübarizə planı necə icra olunub?

Korrupsiya ilə mübarizə planı necə icra olunub?

Avqustun 8-i Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinq hesabatının təqdimatı keçirilib. Transparency.az-ın məlumatına görə, “Konstitusiya” Araşdırmalar Fondunun təşkil etdiyi təqdimata dövlət orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və media quruluşlarının təmsilçiləri qatılıb. Təqdimatda bildirilib ki, monitorinqin metodologiyasını “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin sifarişi ilə “Transparency […]

“Azərbaycana və Ermənistana hazır reseptləri qəbul etdirməyə çalışmırıq”

“Azərbaycana və Ermənistana hazır reseptləri qəbul etdirməyə çalışmırıq”

Rusiya prezidenti Vladimir Putinin AZƏRTAC-a müsahibəsindən – Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin indiki səviyyəsini və bu münasibətlərin dərinləşməsi perspektivlərini necə qiymətləndirərdiniz? – Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir. İki ölkənin dövlət […]

Ekspert prezident sərəncamını şərh edib

Ekspert prezident sərəncamını şərh edib

İqtisadçı ekspert Vüqar Bayramov prezidentin vergi islahatları sərəncamına münasibət bildirib. Dövlət başçısı İlham Əliyev 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərini təsdiqləyib. Avqustun 4-də imzalanan sərəncam vergi inzibatçılığının təkmilləşdirilməsini də nəzərdə tutur. Vergilər Nazirliyi üç ay müddətində 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri nəzərə alınmaqla vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim […]

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.