Hüquq

Metro auditinin nəticələri

Metro auditinin nəticələri

Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirdiyi audit üzrə hesabat yayıb. Qeyd olunur ki, audit dövlət büdcəsindən ayrılmış subsidiyalarla birlikdə 2014-cü il üzrə 80,4 milyon, 2015-ci il üzrə 90,6 milyon manat, həmçinin cəlb edilən kredit resursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılan 602 milyon manat vəsaiti əhatə edib. Auditlə müəyyən […]

Xəstəxanada audit nələri üzə çıxarıb?

Xəstəxanada audit nələri üzə çıxarıb?

Hesablama Palatası Ucar Mərkəzi Rayon Xəstəxanasında həyata keçirdiyi auditin nəticələri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-may ayları üzrə aparılan auditdə müəyyən edilib ki, müxtəlif illərdə xəstəxananın aldığı bəzi inventarlar anbarda uzun müddət istifadəsiz saxlanmaqla səmərəsiz xərclərə yol verilib, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ […]

Hesablama Palatası Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində nöqsanlar aşkarlayıb

Hesablama Palatası Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində nöqsanlar aşkarlayıb

Hesablama Palatası dövlət büdcəsindən 2014-2016-cı illərdə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılmış vəsaitlərdən istifadə auditi keçirib. Transparency.az bildirir ki, yekun hesabata görə, idarənin nəzdində 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir: “Məktəbəqədər təhsil müəssisələrində 2135 vahid proqnoza qarşı 1971 vahid qrup yaradılıb. 2016-cı ildə 40627 uşaq yerinə qarşı məktəbəqədər uşaq müəssisələrinə 37322 […]

Rəsmi qurumlara telefonla müraciət qaydası təsdiqlənib

Rəsmi qurumlara telefonla müraciət qaydası təsdiqlənib

Nazirlər Kabineti “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydası”nı təsdiqləyib. Qayda “Vətəndaşların müraciətləri haqqında” qanuna əsasən hazırlanıb. Onun müddəaları dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus hüquqi şəxslərə və büdcə təşkilatlarına, həmçinin siyahısını Nazirlər Kabineti təsdiqləyən ictimai əhəmiyyətli funksiyaları yerinə […]

Ekoloji pozuntulara görə cəzalar açıqlanıb

Ekoloji pozuntulara görə cəzalar açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 16-31 avqust arası qanunvericiliyin tələblərinə riayət olunması durumunu araşdırıb. Rəsmi məlumata əsasən, araşdırma zamanı atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 214 akt və protokol tərtib olunub, nöqsanların […]

Elektron ticarətdə vergi sistemi dəyişir

Elektron ticarətdə vergi sistemi dəyişir

Prezidentin 4 avqust sərəncamı ilə rəsmiləşən vergi islahatları rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsini də nəzərdə tutur. Vergilər Nazirliyinin sentyabrın 2-də bununla bağlı yaydığı məlumatda bildirilir ki, elektron ticarətdə elektron pulların tətbiqi bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir: “Belə əməliyyatların transmilli olması da vergi nəzarəti üçün əlavə problemlər yaradır. Təcrübə göstərir ki, bir çox hallarda […]

Hesablama Palatası ünvanlı sosial yardım təyinatında nöqsanlar üzə çıxarıb

Hesablama Palatası ünvanlı sosial yardım təyinatında nöqsanlar üzə çıxarıb

Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-mart aylarında Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələrini təsdiq edib. Rəsmi məlumata görə, bir sıra hallarda ünvanlı dövlət sosial yardımı (ÜSY) təyinatı üzrə qanunvericiliyin tələblərinə əməl edilməyib, 56 iş üzrə ailənin əməkhaqqı gəlirləri, 36 iş üzrə sosial müavinətlərdən, 17 […]

Konstitusiya dəyişiklikləri layihəsinin müqayisəli təqdimatı

Konstitusiya dəyişiklikləri layihəsinin müqayisəli təqdimatı

Transparency.az sentyabrın 26-da referenduma çıxarılacaq konstitusiya dəyişiklikləri layihəsinin müqayisəli təqdimatını diqqətə çatdırır. Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir. Başqa bir yenilik vitse-prezident postlarının təsisini […]

25 illik bəyannamə

25 illik bəyannamə

Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olur. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib. Transparency.az 1991-ci il avqustun 30-da qəbul edilmiş müstəqillik bəyannaməsini oxucuların diqqətinə çatdırır: Azərbaycan […]

Əcnəbilərin Azərbaycanda yaşamaq üçün icazə qaydalarında yeniliklər var

Əcnəbilərin Azərbaycanda yaşamaq üçün icazə qaydalarında yeniliklər var

Nazirlər Kabineti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) qaydasında dəyişikliklər edib. Yeniliyə əsasən, Azərbaycan ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya […]

Vergi bəyannamələrinin yeni formaları təsdiq edildi

Vergi bəyannamələrinin yeni formaları təsdiq edildi

Vergilər Nazirliyinin 26 avqust məlumatına görə, prezident İlham Əliyevin 4 avqust sərəncamının tələblərinə uyğun olaraq “Gəlir vergisinin bəyannaməsi”, “Mənfəət vergisinin bəyannaməsi”, “Torpaq vergisinin bəyannaməsi”, “Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə qaydaları, “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması, “Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası”, habelə “Sadələşdirilmiş verginin bəyannaməsi” və “Əlavə dəyər vergisinin bəyannaməsi”nə, “Xüsusi notariusun […]

Dövlət Əmək Müfəttişliyi Xidməti 20 nəfəri işinə bərpa etdirib

Dövlət Əmək Müfəttişliyi Xidməti 20 nəfəri işinə bərpa etdirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu il işəgötürənlərin gecikdirdiyi 776 563 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Vəsaitin 95 faizi gecikdirilmiş əmək haqları, 3 faizi gecikdirilmiş sosial müavinət və kompensasiyalar, qalan hissəsi isə zərərə görə ödənclər olub. Avqustun 26-da yayılan rəsmi hesabata görə, Dövlət Əmək Müfəttişliyi […]

Sabiq nazirə nə qədər iş düşür?

Sabiq nazirə nə qədər iş düşür?

11 ildir həbsdə yatan sabiq səhiyyə naziri Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırılıb. Transparency.az həmin maddələri təqdim edir: 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama. Bu maddə üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur. 315.2. Hakimiyyət […]

Vergi qanununa dəyişikliklər hazırlanır

Vergi qanununa dəyişikliklər hazırlanır

Avqustun 25-də Vergilər Nazirliyi yeni açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, prezidentin avqustun 4-də imzaladığı vergi islahatları sərəncamı Azərbaycanın vergi sisteminin beynəlxalq standartlara tam cavab verməsi istiqamətində ciddi addımdır: “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqini və vergi inzibatçılığının təkmilləşdirilməsini nəzərdə tutan sərəncam vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini […]

708 nəfərin ölkədən çıxışı yasaqlanıb

708 nəfərin ölkədən çıxışı yasaqlanıb

Avqustun 24-də Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin adlarını açıqlayıb. Rəsmi məlumata görə, ölkədən getmək hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı 308, hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 400 nəfərdir. Ölkə qanunvericiliyi vergi borcunu tam ödəməyən şəxslərin ölkədən kənara çıxmasına icazə vermir.

Vergi sistemində dəyişikliklər olacaq (Nazirliyin açıqlaması)

Vergi sistemində dəyişikliklər olacaq (Nazirliyin açıqlaması)

Avqustun 23-də özəl açıqlama yayan Vergilər Nazirliyi bildirir ki, prezidentin avqustun 4-də imzaladığı vergi islahatları sərəncamında mühüm istiqamətlərdən biri də vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi ilə bağlıdır. Açıqlamada sərəncamın vergi dərəcələrinin optimallaşdırılması baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır: “Vergi idarəçiliyi sistemində inzibatçılığın müasir standartlar çərçivəsində təşkili həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyinə, həm də vergi […]

Faiq Əmirovun həbsi ilə bağlı rəsmi məlumat

Faiq Əmirovun həbsi ilə bağlı rəsmi məlumat

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti AXCP sədrinin köməkçisi Faiq Əmirovun həbsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın Azərbaycanda “fətullahçılığı” təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə Respublika Baş Prokurorluğu avqust ayının […]

Hesablama Palatası Salyanda maliyyə pozuntuları aşkarlayıb

Hesablama Palatası Salyanda maliyyə pozuntuları aşkarlayıb

Hesablama Palatasının Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsindən Salyan Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlər üzrə audit hesabatını təsdiqləyib. Audit 4 qurumun fəaliyyətini və ümumilikdə 2 milyon 850,6 min manat məbləğində vəsaiti əhatə edib. Həmin qurumlar 10150 nəfərə, 167,1 min kvadratmetr mənzil sahəsinə xidmət […]

Populyar və ən populyar

Populyar və ən populyar

Transparency.az Azərbaycanda doğulmuş uşaqlara qoyulan adların statistikasına nəzər salıb. Ədliyyə Nazirliyinin hesabatına görə, 2016-cı ilin 100 populyar qız adından ibarət siyahını Milana, Melisa, Gülnur (51 uşaq), Səidə, Rüqəyyə, Nurcan, Məleykə, İlahə (54), Gülsüm və Dilək (55) adları qapayır. 100 populyar oğlan adı siyahısının axırıncı pillələrində isə Ziya (70), Rəşad (71), Mətin, Eşqin, Əbəlfəz, Adil (72), […]

Ekoloji pozuntular barədə rəsmi açıqlama

Ekoloji pozuntular barədə rəsmi açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti avqustun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırıb. Rəsmi məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində qanun pozuntuları […]

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.