Sosial

Son siyahıyaalmada əhalinin milli tərkibi belə olub

Son siyahıyaalmada əhalinin milli tərkibi belə olub

2019-cu ilin 1-10 oktyabrında Azərbaycan əhalisi siyahıya alınacaq. Prezidentin 7 sentyabr fərmanı ilə əhalinin siyahıyaalınması Dövlət Statistika Komitəsinə həvalə olunub. Nazirlər Kabineti əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməlidir. Azərbaycanda əhali sonuncu dəfə 2009-cu il aprelin 13-dən 22-dək siyahıya alınıb. Transparency.az bildirir ki, 2009-cu ildə əhalinin sayı […]

28 milyon uşaq qaçqındır

28 milyon uşaq qaçqındır

BMT-nin Beynəlxalq Uşaq Fondu (UNİCEF) dünyada 28 milyon uşağın müharibələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. AZƏRTAC xəbər verir ki, təşkilat təqdim etdiyi məruzədə qaçqın durumuna düşən uşaqların sayının son 10 ildə təxminən iki dəfə artdığına diqqət çəkib. Sənəddə evlərini tərk etmək məcburiyyətində qalan 28 milyon uşağın 10 milyonunun mühacir statusu aldığı vurğulanır. Məruzəyə […]

Əlilliyi olan şəxslərə xidmət hesabatı

Əlilliyi olan şəxslərə xidmət hesabatı

Əlilliyi olan şəxslər bu ilin yanvar-avqust aylarında 23 min 156 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi 9 min 747 nəfər əlilliyi olan şəxsə (o cümlədən 1153 nəfər Qarabağ müharibəsi əlilinə) xidmət göstərib. Əlilliyi olan […]

Müharibə əlilləri və şəhid ailələrinə yeni evlər təqdim edilib

Müharibə əlilləri və şəhid ailələrinə yeni evlər təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mehdiabad qəsəbəsindəki (Abşeron) gənclər şəhərciyində yeni yaşayış binalarından alınaraq təmir olunan 11 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib. 9 mənzil Qarabağ müharibəsi əlillərinə, 2-si şəhid ailələrinə verilib. Sentyabrın 5-də yayılan rəsmi məlumata görə, mənzillərin istifadəyə verilməsi tədbirində çıxış edən Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev […]

Harada ömür daha uzundur?

Harada ömür daha uzundur?

Transparency.az www.infoplease.com almanaxına istinadla bildirir ki, 2015-ci ildə Azərbaycan orta ömür uzunluğuna görə 72,2 yaşla 224 ölkə arasında 143-cü yerdə qərarlaşıb. Ötən il orta ömür uzunluğuna görə ən yüksək göstərici Monakoya məxsus olub. İnfoplease.com bu Avropa ölkəsində orta ömrü 89,52 yaş göstərir. Orta ömür uzunluğuna görə ilk beşlikdə Yaponiya (84,74 yaş), Sinqapur (84,68), Makao (84,51), […]

Demoqrafiya göstəriciləri açıqlanıb

Demoqrafiya göstəriciləri açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələləri müzakirə olunub. Avqustun 31-də yayılan rəsmi məlumata görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə müsbət demoqrafik vəziyyətin olduğunu, əhalinin sabit artım tempinin müşahidə edildiyini vurğulayıb: “2003-cü ilin əvvəlindən ölkə […]

Monteneqronu cəzbedici eləyən nədir?

Monteneqronu cəzbedici eləyən nədir?

AZƏRTAC-ın müxbiri Monteneqronun Bakıdakı fəxri konsulu Vüqar Əliyevlə söhbətləşib. 1992-ci ilədək Yuqoslaviyanın tərkibində, federasiya dağılandan sonra isə 2006-cı ilədək Serbiya ilə ittifaqda olan Monteneqro həmin il iyunun 3-də müstəqilliyini elan edib. Ölkə Dünya Bankının 189 ölkədə biznes və sərmayə mühitinin əlverişliliyini qiymətləndirən “Doing Business 2016” hesabatında 46-cı sırada yer alıb. 13 min 812 kvadrat kilometr […]

Naxçıvan: əhalinin gəlirləri, əməkhaqqı, xidmət göstəriciləri

Naxçıvan: əhalinin gəlirləri, əməkhaqqı, xidmət göstəriciləri

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 998 milyon 783 min 600 manata, onun hər bir nəfərə düşən həcmi isə 1,1 faiz yüksələrək 2 min 240,9 manata çatıb. Muxtar respublikanın Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyun aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının […]

Vahid ödəniş sistemi: dairə genişlənir

Vahid ödəniş sistemi: dairə genişlənir

Sentyabrın 1-dən paytaxtın daha 6 marşrut avtobuslarında kart ödəniş sistemi tətbiq olunacaq. 18, 61, 65, 79, 85, 96 saylı marşrut xətlərində vahid kart sisteminin tətbiqi nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova belə deyib. AZƏRTAC-ın məlumatına görə, Allahyarova qeyd edib ki, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi nəqliyyat axınının daha da yaxşılaşdırılması, […]

Əlilliyi olan şəxslərə xidmətlərlə bağlı rəsmi açıqlama

Əlilliyi olan şəxslərə xidmətlərlə bağlı rəsmi açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin müalicəsi və protez-ortopedik xidmətlərlə təminatı ilə bağlı açıqlama yayıb. Açıqlamaya görə, yanvar-iyul aylarında nazirliyin imtiyazlı şəxslərin müalicəsi və protez-ortopedik xidmətlərlə təminatı istiqamətində həyata keçirdiyi tədbirlər 15,5 min nəfərədək insanı əhatə edib. 7 ayda nazirliyin əlillərin bərpa mərkəzlərində 4650 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidmətləri göstərilib. Bu […]

7 aylıq makroiqtisadi göstəricilər

7 aylıq makroiqtisadi göstəricilər

Transparency.az 2016-cı ilin yanvar-iyul ayları üzrə makroiqtisadi göstəriciləri təqdim edir. Göstəriciləri Dövlət Statistika Komitəsi açıqlayıb. Ümumi daxili məhsul (ÜDM): 32 milyard 122,6 milyon manat Qeyri-neft ÜDM: 20 milyard 820,1 milyon manat Əhalinin hər nəfərinə düşən ÜDM: 3340,6 manat Sənaye məhsulu istehsalı: 17 milyard 616,6 milyon manat Qeyri-neft sənayesi istehsalı: 4 milyard 660,4 milyon manat Sərmayə: […]

Sosial-məişət xidməti hesabatı

Sosial-məişət xidməti hesabatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə 11 min 901 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərir. Avqustun 19-da yayılan rəsmi məlumatda bildirilir ki, sosial-məişət xidməti göstərilənlərin 9 min 555 nəfəri yaşı 70-dən yuxarı olan ahıllar, 2 min 346 nəfəri I və II qrup əlillərdir. Sosial-məişət xidmətlərinin göstərilməsi Nazirlər Kabinetinin 22 aprel […]

Naxçıvanın sosial həyatı ilə bağlı bəzi rəqəmlər yayılıb

Naxçıvanın sosial həyatı ilə bağlı bəzi rəqəmlər yayılıb

AZƏRTAC Naxçıvan Muxtar Respublikasının sosial həyatı ilə bağlı bəzi rəqəmlər yayıb. Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, iyul ayında işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilib, 268 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 15 nəfər müvafiq peşə kurslarına, 30 nəfər haqqı […]

Vergilər Nazirliyindən yeniliklər anonsu

Vergilər Nazirliyindən yeniliklər anonsu

Avqustun 18-də Vergilər Nazirliyi “İqtisadi inkişaf üçün yeni imkanlar” adlı material yayıb. Qeyd olunur ki, prezidentin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il sərəncamı əsaslı islahatlara yol açacaq: “Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlavə dəyər vergisi (ƏDV) ilə bağlı məqamlar xüsusi diqqət çəkir. Məsələn, […]

Turistləri pul xərcləməyə həvəsləndirən sistem necə işləyir?

Turistləri pul xərcləməyə həvəsləndirən sistem necə işləyir?

Vergilər Nazirliyinin mətbuat xidməti Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin vergi siyasəti idarəsinin rəisi Nicat İmanovun ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədi üçün nəzərdə tutulmayan mallara ödənilən ƏDV-nin qaytarılması (“tax free”) sistemi ilə bağlı müsahibəsini yayıb. Transparency.az müsahibəni ixtisarla təqdim edir. — Nicat müəllim, əvvəlcə “tax free” sistemi barədə bir qədər ətraflı məlumat vermənizi istərdik… — […]

Malların 18 faizə qədəri Rusiyadan gəlir

Malların 18 faizə qədəri Rusiyadan gəlir

Dövlət Gömrük Komitəsi Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrin siyahısını açıqlayıb. Transparency.az-ın məlumatına görə, 2016-cı ilin 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində (Rəsmi hesabat) əsas ölkələr İtaliya və Rusiya olub. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 11,71 faizini, Rusiya ilə 11,36 faizini təşkil edib. Türkiyə xarici ticarətdə 8,46 faizlə üçüncü, Almaniya 6,16 faizlə dördüncü, […]

Yeyinti məhsullarının idxalı 16,43 faiz artıb

Yeyinti məhsullarının idxalı 16,43 faiz artıb

Dövlət Gömrük Komitəsi bildirir ki, bu ilin 7 ayında yeyinti məhsullarının idxalı 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 16,43 faiz artıb. Meyvə-tərəvəz idxalı 109,36 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 131,92 faiz çoxalıb. Çay idxalında 176,37 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 62,91 faiz artım var. Ət idxalı 60,59 […]

Azərbaycanın ixracı 39 faizə qədər azalıb

Azərbaycanın ixracı 39 faizə qədər azalıb

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin həcmi ötən ilin 7 ayına nisbətən 26,89% azalaraq 9 milyard 347 milyon ABŞ dolları olub. İdxal (4 milyard 757,2 milyon dollar) ixracı (4 milyard 589,7 milyon dollar) üstələyib. Transparency.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə idxal əməliyyatlarında 10,46%, ixrac əməliyyatlarında 38,57% geriləmə olduğunu […]

Sənaye və inşaat sektoru ilə bağlı statistika

Sənaye və inşaat sektoru ilə bağlı statistika

2016-cı ilin yanvar-iyun aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 190,5 min nəfər olub. Onların 34 min nəfəri mədən, 100,3 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29,4 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb. Sənayedə işləyənlərin orta aylıq əməkhaqqı 6 ayda […]

Azərbaycan əhalisinin sayı: bölgələr üzrə göstəricilər

Azərbaycan əhalisinin sayı: bölgələr üzrə göstəricilər

Rəsmi məlumata görə, Azərbaycan əhalisinin sayı 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfər olub. Bəs ayrı-ayrı bölgələr üzrə göstəricilər necədir? Transparency.az Dövlət Statistika Komitəsinin saytında buna nəzər salıb. İnzibati rayonların əhalisinin sayı barədə son hesabata əsasən, 2015-ci il yanvarın 1-nə paytaxt Bakının əhalisi 2 milyon 204,2 min nəfər olub. Paytaxt üzrə əhalinin sayı […]

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.