Xəbər

Transparency.az/cnews səhifəsi haqqında

Transparency.az/cnews səhifəsi haqqında

Transparency.az/cnews səhifəsi “Transparency İnternational” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində hazırlanıb. 2015-ci il iyul ayının 1-dən səhifədə dövlət və cəmiyyət idarəçiliyində şəffaflıq, korrupsiya ilə mübarizə problemləri barədə, sosial-iqtisadi və başqa mövzularda 4035 material (xəbər, şərh, […]

Kreditlər azalıb, əmanətlər artıb

Kreditlər azalıb, əmanətlər artıb

Mərkəzi Bankın 9 sentyabr 2016-cı il hesabatına görə, avqustun 1-nə Azərbaycanda kreditlərin həcmi 16 milyard 202,3 milyon manat olub. Transparency.az bildirir ki, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 1 milyard 683,1 milyon manat azdır. İyulun 1-nə kreditlərin həcmi 17 milyard 885,4 milyon manat idi (Kredit qoyuluşları). Mərkəzi Bankın başqa hesabatına əsasən, avqustun 1-nə əhalinin […]

Qusarda əmək yarmarkası

Qusarda əmək yarmarkası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabrın 9-u Qusar şəhərində işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkası keçirib. AZƏRTAC xəbər verir ki, yarmarkaya rayonda fəaliyyət göstərən 20-dən çox idarə, müəssisə və təşkilatdan 209 vakant iş yeri çıxarılıb. Təklif edilən işlərə görə əməkhaqqı 110-500 manat arasında olub. Yarmarkada 55 nəfərə öz istəyinə […]

Hesablama Palatası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yoxlama aparıb

Hesablama Palatası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yoxlama aparıb

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Rəsmi məlumata görə, kollegiya iclasında dövlət büdcəsindən Cəlilabad Rayon İcra Hakimiyyətinə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət hesabatları müzakirə olunub. Hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi təsdiqlənib. Qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin […]

Özbəkistanda növbədənkənar prezident seçkisi təyin olundu

Özbəkistanda növbədənkənar prezident seçkisi təyin olundu

Özbəkistanda növbədənkənar prezident seçkisi dekabrın 4-nə təyin olunub. Novator.az xəbər verir ki, qərarı ölkənin Mərkəzi Seçki Komissiyası sentyabrın 9-da qəbul edib. Özbəkistana 1989-cu ildən rəhbərlik edən prezident İslam Kərimov 2016-cı il sentyabrın 2-də dünyasını dəyişib. Konstitusiyaya görə, prezident səlahiyyətləri Ali Məclisin yuxarı palatası olan Senatın sədri Niqmatilla Yoldaşova keçib. Sentyabrın 8-də Niqmatilla Yoldaşov prezident səlahiyyətlərinin […]

Moldova separatçılarının başçısı Rusiyaya birləşmək fərmanı imzalayıb

Moldova separatçılarının başçısı Rusiyaya birləşmək fərmanı imzalayıb

Moldovada rusların sıx yaşadığı bölgədə qurulmuş separatçı “Dnestryanı Moldova Respublikası”nın “prezidenti” Yevgeni Şevçuk sentyabrın 9-da bölgənin Rusiyaya birləşdirilməsi hazırlıqlarına başlamaq fərmanı imzalayıb. Transparency.az-ın məlumatına görə, fərman “Dnestryanı Moldova Respublikası”nın hüquq sisteminin Rusiya qanunvericiliyinə uyğunlaşdırılması tədbirlərini nəzərdə tutur. Bunun üçün xüsusi komissiya yaradılacaq. Dnestryanı rejim Moldovadan ayrıldığını 1990-cı illərin əvvəllərində elan edib. Bununla bağlı yaranan silahlı […]

“İkitərəfli SMS xidməti” ödənişsiz olacaq

“İkitərəfli SMS xidməti” ödənişsiz olacaq

Yaxın günlərdə 30 mindən çox vergi ödəyicisi “İkitərəfli SMS xidməti”ndən ödənişsiz faydalana biləcək. Sentyabrın 9-da rəsmi məlumat yayan Vergilər Nazirliyi bildirir ki, icraçı şirkətlə “Azercell” nömrələrindən istifadə edən və fəaliyyəti aktiv olan 30 min vergi ödəyicisinə, eləcə də SMS xidmətindən istifadə üçün qeydiyyatdan keçmiş, lakin abunə olmamış şəxslərə ödənişsiz abunəlik xidmətinin 3 ay müddətinə aktivləşdirilməsinə […]

Qadınların siyasətdə iştirakı: 79% müsbət, 16% mənfi yanaşır

Qadınların siyasətdə iştirakı: 79% müsbət, 16% mənfi yanaşır

Rusiya əhalisinin 79%-i qadınların siyasətdə iştirakına müsbət, 16%-i mənfi yanaşır. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin apardığı sorğunun nəticələri bunu göstərir. Novator.az-ın məlumatına görə, qadınların siyasətdə iştirakına müsbət yanaşanların 82%-i bildirib ki, qadınlar siyasətdə kişilərlə bərabər səviyyədə iştirak etməlidir. Respondentlərin 16%-i hesab edir ki, siyasətçi qadınlar sosial problemləri daha yaxşı anlayırlar. Sorğuya cəlb olunanların 6%-i qadınlarda […]

Prezident: “İdxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”

Prezident: “İdxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”

“Neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq”. Sentyabrın 8-i Xaçmazda, “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında çıxış edən prezident İlham Əliyev belə deyib. İlham Əliyev qeyd edib ki, ölkənin iqtisadi inkişafı ilə bağlı prioritetləri bəllidir: “Qeyri-neft sektoru inkişaf edir və bu […]

Ermənistanın yeni baş naziri bəlli oldu

Ermənistanın yeni baş naziri bəlli oldu

Ermənistan prezidenti Serj Sərkisyanın sədrlik etdiyi hakim Respublika Partiyasının icra orqanı sentyabrın 8-də Karen Karapetyanı baş nazir postuna namizəd göstərib. Əvvəlki baş nazir Ovik Abramyan sentyabrın 8-də istefa verib. 58 yaşlı Ovik Abramyan 2014-cü il aprelin 13-dən baş nazir idi. Novator.az bildirir ki, Karen Karapetyan 1963-cü il avqustun 14-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Stepanakert şəhərində […]

Avro bahalaşıb

Avro bahalaşıb

Mərkəzi Bank sentyabrın 9-da ABŞ dollarının və Rusiya rublunun kurslarını dəyişməyib. Transparency.az-ın məlumatına görə, 1 dollar 1,6403 manata, 1 rubl isə 0,0256 manata təklif edilir. Avronun rəsmi məzənnəsi isə yüksəlib. Ötən gün 1,8454 manata satılan 1 avroya 1,8498 manat qiymət qoyulub (Məzənnələr). Ötən gün Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 […]

Rüfət Səfərova 9 il iş kəsilib

Rüfət Səfərova 9 il iş kəsilib

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun mühakiməsini başa çatdırıb. APA-nın məlumatına görə, sentyabrın 8-i hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərova hökm oxunub. 9 il müddətinə azadlıqdan məhrum edilən Rüfət Səfərov məhkəmə zalında həbs olunub. Sabiq müstəntiq Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinib. Sentyabrın 7-də […]

Qusar səfəri

Qusar səfəri

AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev sentyabrın 8-də Qusara baş çəkib. Dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib. Bildirilib ki, yenidənqurma işləri çərçivəsində uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb. Yol yarım metr enində bərkidici zolaqlar da daxil olmaqla 8 metr enində hərəkət hissəsindən və 2 metr […]

Prezident səlahiyyətləri baş nazirə keçdi

Prezident səlahiyyətləri baş nazirə keçdi

Sentyabrın 8-də Özbəkistanın baş naziri Şövkət Mirziyayev prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunub. Qərar Ali Məclisin yuxarı və aşağı palatalarının birgə iclasında qəbul edilib. Özbəkistana 1989-cu ildən rəhbərlik edən prezident İslam Kərimov 2016-cı il sentyabrın 2-də dünyasını dəyişib. Konstitusiyaya görə, prezident səlahiyyətləri Ali Məclisin yuxarı palatası olan Senatın sədri Niqmatilla Yoldaşova keçib. Novator.az-ın məlumatına görə, […]

“Şəffaflıq Azərbaycan” ictimai vəkillik layihəsinə yekun vurub

“Şəffaflıq Azərbaycan” ictimai vəkillik layihəsinə yekun vurub

Sentyabrın 8-də “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 2012-2016-cı illərdə apardığı ictimai vəkillik fəaliyyəti üzrə yekun hesabatını təqdim edib. “Şəffaflıq Azərbaycan” ictimai vəkillik fəaliyyətini ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə aparıb. Hesabat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC, “Azərsu” ASC və digər […]

Nazarbayev baş naziri Təhlükəsizlik Komitəsinə sədr göndərdi

Nazarbayev baş naziri Təhlükəsizlik Komitəsinə sədr göndərdi

Sentyabrın 8-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş nazir Kərim Məsimovu vəzifədən azad edib. Novator.az-ın məlumatına görə, prezidentin digər sərəncamı ilə Kərim Məsimov Milli Təhlükəsizlik Komitəsinin sədri postuna keçirilib. Hökumət başçısı səlahiyyətlərinin müvəqqəti icrası baş nazirin birinci müavini Bakıtjan Saqintayevə həvalə olunub. Kərim Məsimov baş nazir postunu 2014-cü ilin aprelindən tuturdu. 1965-ci il təvəllüdlü Kərim Məsimov […]

Xaçmazda görüşlər

Xaçmazda görüşlər

Prezident İlham Əliyev sentyabrın 8-i Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib. Üçüncü texniki dərəcəli yolun uzunluğu 24,8 kilometr, hərəkət hissəsinin eni 7,5 metrdir. Burada iki hərəkət zolağı var. Hərəkət zolağının eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni isə 12 metrdir. Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 18 yaşayış məntəqəsini birləşdirir. Dövlət başçısı avtomobil […]

Rusiyada yaşayış minimumu artdı

Rusiyada yaşayış minimumu artdı

Sentyabrın 8-də Rusiyanın baş naziri Dmitri Medvedyev 2016-cı ilin ikinci rübü üçün yaşayış minimumu ilə bağlı sərəncam imzalayıb. Novator.az-ın məlumatına görə, yaşayış minimumu adambaşına 9956 rubl (255 manat) müəyyən olunub. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 10 722 rubl (274 manat), pensiyaçılar üçün 8163 rubl (209 manat), uşaqlar üçün 9861 rubldur (252 manat). 2016-cı ilin […]

56 sahibkara 780 min manat güzəştli kredit verildi

56 sahibkara 780 min manat güzəştli kredit verildi

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 8-də İmişli rayonunun Cəfərli kəndində işgüzar forum keçirib. Forumda Tədbirdə İmişli və ətraf rayonlardan olan 56 sahibkara 780 min manat güzəştli kredit verilib. Rəsmi məlumata görə, kreditlər heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək, investisiya layihələrinin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Qeyd […]

Neft Fondu valyuta hərracında 200 milyon dollar satdı

Neft Fondu valyuta hərracında 200 milyon dollar satdı

Sentyabrın 8-də keçirilən valyuta hərracında 200 milyon ABŞ dolları həcmində vəsait satılıb. Dövlət Neft Fondundan həmin vəsaiti 22 bank alıb. Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 551,9 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 835,4 milyon dollar alınıb, beləliklə, manatın məzənnəsini nizamlamağa 4 milyard […]

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.