user

“İkitərəfli SMS xidməti” ödənişsiz olacaq

VNYaxın günlərdə 30 mindən çox vergi ödəyicisi “İkitərəfli SMS xidməti”ndən ödənişsiz faydalana biləcək. Sentyabrın 9-da rəsmi məlumat yayan Vergilər Nazirliyi bildirir ki, icraçı şirkətlə “Azercell” nömrələrindən istifadə edən və fəaliyyəti aktiv olan 30 min vergi ödəyicisinə, eləcə də SMS xidmətindən istifadə üçün qeydiyyatdan keçmiş, lakin abunə olmamış şəxslərə ödənişsiz abunəlik xidmətinin 3 ay müddətinə aktivləşdirilməsinə dair razılıq əldə edilib.

Vergilər Nazirliyi 2012-ci ildən “İkitərəfli SMS xidməti”nin tətbiqinə başlayıb. İndiyə kimi xidmətə yalnız “Azercell” nömrələri ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 10 istiqamətdə, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 3 istiqamətdə məlumatlar göndərilirdi. Hazırda isə “İkitərəfli SMS” xidməti vasitəsi ilə abunə olmuş şəxslər vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslər isə 5 istiqamətdə məlumatlar alır.

Məlumata görə, artıq “Bakcell” və “Nar” mobil operatorlarının abonentlərinə də “İkitərəfli SMS xidməti”ndən istifadə etmək imkanı yaradılıb.

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.