user

Kreditlər azalıb, əmanətlər artıb

AMB 1Mərkəzi Bankın 9 sentyabr 2016-cı il hesabatına görə, avqustun 1-nə Azərbaycanda kreditlərin həcmi 16 milyard 202,3 milyon manat olub. Transparency.az bildirir ki, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 1 milyard 683,1 milyon manat azdır. İyulun 1-nə kreditlərin həcmi 17 milyard 885,4 milyon manat idi (Kredit qoyuluşları).

Mərkəzi Bankın başqa hesabatına əsasən, avqustun 1-nə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 843,8 milyon manata qalxıb. İyulun 1-nə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 815,6 milyon manat idi. Bir ayda 28,2 milyon manat artım olub (Əhalinin əmanətləri).

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.