Rusiyada yaşayış minimumu artdı

Rusiyada yaşayış minimumu artdı

Sentyabrın 8-də Rusiyanın baş naziri Dmitri Medvedyev 2016-cı ilin ikinci rübü üçün yaşayış minimumu ilə bağlı sərəncam imzalayıb. Novator.az-ın məlumatına görə, yaşayış minimumu adambaşına 9956 rubl (255 manat) müəyyən olunub. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 10 722 rubl (274 manat), pensiyaçılar üçün 8163 rubl (209 manat), uşaqlar üçün 9861 rubldur (252 manat). 2016-cı ilin […]

56 sahibkara 780 min manat güzəştli kredit verildi

56 sahibkara 780 min manat güzəştli kredit verildi

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 8-də İmişli rayonunun Cəfərli kəndində işgüzar forum keçirib. Forumda Tədbirdə İmişli və ətraf rayonlardan olan 56 sahibkara 780 min manat güzəştli kredit verilib. Rəsmi məlumata görə, kreditlər heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək, investisiya layihələrinin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Qeyd […]

Neft Fondu valyuta hərracında 200 milyon dollar satdı

Neft Fondu valyuta hərracında 200 milyon dollar satdı

Sentyabrın 8-də keçirilən valyuta hərracında 200 milyon ABŞ dolları həcmində vəsait satılıb. Dövlət Neft Fondundan həmin vəsaiti 22 bank alıb. Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 551,9 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 835,4 milyon dollar alınıb, beləliklə, manatın məzənnəsini nizamlamağa 4 milyard […]

Nazirlik əmək müqaviləsi bildirişləri üzrə hesabat yayıb

Nazirlik əmək müqaviləsi bildirişləri üzrə hesabat yayıb

Avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 164 min 981 müraciət olub. Qurum bildirir ki, müraciətlər əvvəlki aya nisbətən 15 faiz, ötən ilin avqust ayına nisbətən 30 faiz artıb. Yanvar-avqust aylarında isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə sistemdən 5,8 faiz çox, 1 milyon 369 min 124 […]

Ermənistanın baş naziri istefa verdi

Ermənistanın baş naziri istefa verdi

Ermənistanın baş naziri Ovik Abramyan sentyabrın 8-də istefa verib. Novator.az-ın məlumatına görə, hakim Respublika Partiyasının üzvü olan Ovik Abramyan hökumət başçısı postundan istefasını belə izah edib: “Prezidentə yeni hökumət formalaşdırmaq imkanı yaratmaq üçün istefa vermək qərarına gəldim”. Hökumətin 8 sentyabr iclasında çıxış edən Ovik Abramyan deyib ki, baş nazir təyin olunandan bəri qarşısına qoyulmuş vəzifələrin […]

Prezident Xaçmaza səfər edib

Prezident Xaçmaza səfər edib

Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna gedib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin müşayiət etdiyi prezident Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub, Heydər Əliyev Mərkəzinin yeni binasının açılışına qatılıb. AZƏRTAC xəbər verir ki, İlham Əliyev şəhərin mərkəzində yerləşən Nikah evinin binasını da açıb. Ümumi sahəsi 448 kvadratmetr olan binada regionun […]

Müəllimliyə əlavə yerləşdirmə: ilk mərhələni 777 nəfər keçdi

Müəllimliyə əlavə yerləşdirmə: ilk mərhələni 777 nəfər keçdi

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində boş qalan müəllim vəzifələrinə əlavə yerləşdirmə aparır. Sentyabrın 8-də yayılan rəsmi məlumata görə, əlavə yerləşdirmə topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər üçün nəzərdə tutulub. 3-5 sentyabrda keçirilən ilk mərhələdə 4432 nəfər namizəd öz ərizəsini təsdiq edib. Həmin şəxslərdən 777 nəfəri müsahibə […]

8 aylıq vergi daxilolmaları

8 aylıq vergi daxilolmaları

Vergilər Nazirliyi 8 aylıq vergi daxilolmaları hesabatı yayıb. Transparency.az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,3 faiz əməl edilib. 8 ayda nazirlik 75 min 806 vergi ödəyicisi qeydiyyata alıb. 2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 […]

Sabiq müstəntiq son söz deyəcək

Sabiq müstəntiq son söz deyəcək

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun işi üzrə proses sentyabrın 8-də davam edəcək. Rüfət Səfərov son söz deməlidir. Sentyabrın 7-də keçirilən prosesdə prokuror məhkəməyə Rüfət Səfərova 10 il azadlıqdan məhrumetmə cəzası verməyi təklif edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun övladı olan Rüfət Səfərov 2015-ci ilin dekabr ayında […]

Dolların kursu dəyişməyib

Dolların kursu dəyişməyib

Sentyabrın 8-də Mərkəzi Bank ABŞ dollarının kursunu sabit saxlayıb. Transparency.az-ın məlumatına görə, 1 dollar ötən gün olduğu kimi 1,6403 manata satılır. Avro və Rusiya rublunun rəsmi məzənnələri isə yenilənib. 1 avro 1,8457 manatdan 1,8454 manata enib, 1 rubl isə 0,0255 manatdan 0,0256 manata qalxıb. Digər valyutalar bu qiymətə təklif olunur: 1 Belarus rublu – 0,8401 […]

İki ölkəyə yeni səfirlər təyin olundu

İki ölkəyə yeni səfirlər təyin olundu

Azərbaycan Respublikasının Moldova və Almaniyada yeni səfirləri təyin olunub. Prezident İlham Əliyevin sentyabrın 7-də imzaladığı sərəncamlarla Qüdsi Osmanov Moldova Respublikasında, Ramin Həsənov Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfir postuna təyinat alıb. Transparency.az xatırladır ki, prezidentin 6 sentyabr sərəncamları ilə Namiq Əliyev Moldovada, Pərviz Şahbazov Almaniyada fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

Əhalini siyahıya alacaqlar

Əhalini siyahıya alacaqlar

Prezident İlham Əliyev Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsinə fərman verib. Siyahıyaalınma 2019-cu il 1-10 oktyabra təyin edilib. Sentyabrın 7-də imzalanan fərmanla əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunub. Nazirlər Kabineti əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində […]

AMEA-da magistratura şöbəsi yaradıldı

AMEA-da magistratura şöbəsi yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin strukturunda magistratura şöbəsi yaradılır. Qərar AMEA Rəyasət Heyətinin 7 sentyabr iclasında qəbul edilib. Rəsmi məlumata görə, mövzu ətrafında çıxış edən AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, son illər ölkədə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını […]

Korrupsiya ilə mübarizə üzrə monitorinqin nəticələri təqdim olunub

Korrupsiya ilə mübarizə üzrə monitorinqin nəticələri təqdim olunub

Sentyabrın 7-si Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticələri təqdim olunub. Monitorinq “Transparency İnternational” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə, “Konstitusiya” Araşdırmalar Fondu ilə birgə həyata keçirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində aparılıb. Təqdimat […]

Rusiyanın xarici ticarəti 20,8 faiz azalıb

Rusiyanın xarici ticarəti 20,8 faiz azalıb

Rusiyanın Federal Gömrük Xidməti bu ilin yeddi ayı üzrə xarici ticarət göstəricilərini açıqlayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd edilir ki, 2016-cı ilin yanvar-iyul aylarında Rusiyanın xarici ticarət dövriyyəsi 249 milyard dollara bərabər olub. Bu, 2015-ci ilin yeddi ayı ilə müqayisədə 20,8 faiz azalma deməkdir. Hesabata əsasən, yanvar-iyul aylarında Rusiyadan 153,4 milyard dollarlıq mal ixrac edilib, […]

Rusiyada seçki: siyasi texnoloqlar şansları qiymətləndirib

Rusiyada seçki: siyasi texnoloqlar şansları qiymətləndirib

İctimai Əlaqələr üzrə Rusiya Assosiasiyası siyasi texnoloqlar arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Novator.az-ın məlumatına görə, sentyabrın 1-dən 6-dək 50 siyasi texnoloq arasında aparılmış sorğuda siyasi partiyaların Dövlət Dumasına seçkidə şansları qiymətləndirilib. Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına seçki sentyabrın 18-nə təyin edilib. Dumada 450 deputat yeri var, 225 deputat proporsional, bir o qədər də […]

28 milyon uşaq qaçqındır

28 milyon uşaq qaçqındır

BMT-nin Beynəlxalq Uşaq Fondu (UNİCEF) dünyada 28 milyon uşağın müharibələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. AZƏRTAC xəbər verir ki, təşkilat təqdim etdiyi məruzədə qaçqın durumuna düşən uşaqların sayının son 10 ildə təxminən iki dəfə artdığına diqqət çəkib. Sənəddə evlərini tərk etmək məcburiyyətində qalan 28 milyon uşağın 10 milyonunun mühacir statusu aldığı vurğulanır. Məruzəyə […]

Kimin səsi çoxdur?

Kimin səsi çoxdur?

ABŞ-da prezidentliyə namizədlərin seçki kampaniyası davam edir. Nbcnews.com-un 7 sentyabr hesabatına görə, hazırda Demokratlar Partiyasının namizədi Hillari Klintonun 272 səs toplamaq imkanı var. Respublikaçılar Partiyasının namizədi Donald Tramp 174 səs toplamaq imkanındadır. 92 nəfər iki namizəd arasında tərəddüd edir. Novator.az bildirir ki, avqustun 26-da açıqlanan nəticələrdə Hillari Klintonun 288 səsi, Donald Trampın 174 səsi, 76 […]

ANAMA hesabat yayıb

ANAMA hesabat yayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqust ayı ərzində 7 milyon 296 min 238 kvadratmetr ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan təmizləyib. Ay ərzində 27 min 7 partlamamış hərbi sursat və piyada əleyhinə 17 mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 505 nəfərlik əməliyyat və 125 nəfərlik […]

Prezident təmirdən çıxmış məktəbə baxış keçirib

Prezident təmirdən çıxmış məktəbə baxış keçirib

Prezident İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. AZƏRTAC bildirir ki, 1969-cu ildə inşa edilən məktəbin binasında indiyədək bu cür əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Ümumi ərazisi 15600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris […]

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.