Rayon maşınlarının paytaxta buraxılmasını hökumət komissiyası tənzimləyəcək

Rayon maşınlarının paytaxta buraxılmasını hökumət komissiyası tənzimləyəcək

Rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24-dən səhər saat 7-yə qədər buraxılacaq. Bunu APA-ya açıqlamasında baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib. Abid Şərifov rayonlardan Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin olmadığını və olmayacağını söyləyib. Məlumatda qeyd olunur ki, Avropa Oyunlarında […]

Kənd təsərrüfatı naziri görülən işlərdən və planlardan danışıb

Kənd təsərrüfatı naziri görülən işlərdən və planlardan danışıb

Kənd təsərrüfatı naziri Heydər Əsədov “Rossiyskaya qazeta”ya müsahibəsində torpaq islahatının yekunlarından və kənddə bazar islahatlarından söz açıb. AZƏRTAC-ın məlumatına görə, nazir dövlətin aqrar işçilərə dəstəyi ilə bağlı suala cavab verərək bildirib ki, kənd təsərrüfatının modernləşdirilməsi proseslərinə dövlət yardımının prioritet istiqaməti əvvəlki kimi yeni texnologiyaların sürətlə tətbiqi, fermerlərin texnika və mineral gübrələrlə tam təmin edilməsidir: “Heyvandarlıqda […]

Hökumətdə portfel sayı: Azərbaycanda və qonşularda

Hökumətdə portfel sayı: Azərbaycanda və qonşularda

Transparency.az Azərbaycan hökumətinin strukturunu qonşu ölkələrin hökumət strukturu ilə müqayisə edib. Dünyanın ən böyük ölkəsi olan şimal qonşu Rusiyada hökumət 32 nəfərdən – baş nazirdən, onun 8 müavinindən, 23 nazirdən təşkil olunub. Başqa qonşu ölkə Gürcüstanda hökumət baş nazirlə birgə 20 nəfərlə məhdudlaşır. Ermənistanda hökumət 25 nəfərlikdir. Kabinet baş nazirdən, onun müavinindən (həmin şəxs beynəlxalq […]

Nazirlikdən adlar hesabatı

Ədliyyə Nazirliyi 2015-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasında doğulmuş uşaqlara qoyulan adlarla bağlı rəsmi məlumat açıqlayıb. Transparency.az xəbər verir ki, azı 400 dəfə qoyulmuş ən populyar adların siyahısı belədir: Yusif — 1377 uşaq Zəhra — 1356 Nuray — 1014 Əli — 1000 Hüseyn — 951 Fatimə — 899 Aylin — 717 Ömər — […]

Bank sistemi: kredit faizlərinin azalmasına yeni əngəl

Bank sistemi: kredit faizlərinin azalmasına yeni əngəl

Beynəlxalq reytinq agentliyi Moody’s Azərbaycanın bank sistemi üçün proqnozu stabildən neqativə endirib. Bu nə deməkdir, hansı nəticələr verə bilər? Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev şərh yayaraq deyib ki, Azərbaycanın bank sistemi üzrə proqnozun aşağı salınması təbiidir: “İlin əvvəlində reytinq agentlikləri ayrı-ayrı bankların reytinqini təsdiqləyəndə bu ehtimalı qeyd edirdilər. Əsas səbəb neft gəlirlərinin azalması […]

Korrupsiya: ABŞ Dövlət Departamentinin fikrincə, aşağıda azalma var, yuxarıda yox

Korrupsiya: ABŞ Dövlət Departamentinin fikrincə, aşağıda azalma var, yuxarıda yox

ABŞ Dövlət Departamentinin 2014-cü ilin insan haqları hesabatının Azərbaycanla bağlı hissəsində korrupsiya məsələsinə də toxunulur. “Azadlıq” radiosunun məlumatına görə, hesabatda deyilir ki, Azərbaycan hökuməti aşağı səviyyəli korrupsiya ilə mübarizədə müəyyən irəliləyiş əldə etsə də, 2014-cü ildə yuxarı səviyyəli korrupsiya problem olaraq qalıb: “İqtisadiyyatın əksər qeyri-neft sektorlarındakı inhisarçılıqdan bəzi yüksək vəzifəli məmurların ailələrinin faydalandığına dair məlumatlar […]

6 ayda 142-yə nə qədər müraciət daxil olub?

6 ayda 142-yə nə qədər müraciət daxil olub?

2015-ci ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142-Çağrı mərkəzi”nə vətəndaşlardan 50760 müraciət daxil olub. Nazirlikdən Transparency.az-a daxil olan məlumata görə, onlardan 21012-i (41,4%) sosial təminat, 12697-i (25,1%) əmək qanunvericiliyi, 7353-ü (14,5%) nazirliyin elektron xidmətlərindən istifadə, 5469-u (10,7%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 4229-u (8,3%) isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar […]

Yunanıstan böhranı vahid Avropa ideyasını silkələyir

Yunanıstan böhranı vahid Avropa ideyasını silkələyir

Azərbaycan Dillər Universitetinin dekanı Anar Nağıyev APA Analitik Mərkəzinə Yunanıstandakı iqtisadi böhranı şərh edib. O qeyd edib ki, böhranın gətirdiyi maliyyə asılılığı problemi artıq özünün iqtisadi xarakterindən kənara çıxıb: “XXI əsrin əvvəllərindən etibarən ölkədə yaranmış iqtisadi və maliyyə problemləri 2010 və 2012-ci illərdə bu ölkənin Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyasından kredit […]

Məhkəməsiz mübahisə

Məhkəməsiz mübahisə

      Bəkir Nərimanoğlu Sahibkarlıq subyektləri arasında mübahisələrin məhkəmədə həlli heç də həmişə tərəflərin maraqlarına cavab vermir. Mübahisənin məhkəmə həlli tərəflər arasında konsensusun əldə olunmasına yönəlmir, hər zaman işi udan və uduzan tərəf var. Bu ona gətirib çıxarır ki, tərəflər bir qayda olaraq işgüzar münasibətləri kəsirlər. Bundan əlavə, mübahisənin məhkəmədə baxılması onun operativ həllinə […]

Rəsmi Bakı Avropa Oyunlarına gələn tamaşaçıların sayını açıqladı

Rəsmi Bakı Avropa Oyunlarına gələn tamaşaçıların sayını açıqladı

İyunun 12-dən 28-dək keçirilmiş Avropa Oyunlarına 28 min nəfərdən artıq əcnəbi tamaşaçı gəlib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti iyulun 1-də belə məlumat yayıb. Rəsmi açıqlamada bildirilir ki, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün səfər etmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında iyunun 2-28-də operativ […]

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

İyulun 1-də prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Daxili işlər nazirinin müavini İsmət Əliyevə polis general-leytenantı ali xüsusi rütbə verilib. İsmət Əliyev 1981-ci ildən daxili işlər orqanlarında xidmət edir. Azərbaycan prezidentinin 31 oktyabr 2014-cü il sərəncamı ilə daxili işlər nazirinin müavini təyin olunub. Transparency.az bildirir ki, 1 iyul […]

Ekspert kredit ödənişlərini gecikdirməməyə çağırır

Ekspert kredit ödənişlərini gecikdirməməyə çağırır

Son günlər vətəndaşların kredit borclarının silinəcəyi iddiaları yayılıb. İqtisadçı ekspert Rəşad Həsənov Transparency.az-a deyib ki, bu iddiaların heç bir əsası yoxdur: “Mərkəzi Bankın və hökumətin davranışları bu iddiaların tam əksini deməyə əsas verir. Vətəndaşlar şayiələrə inanıb kredit ödənişlərini gecikdirməməli, imkan daxilində borclarını bağlamağa cəhd göstərməlidir. Çünki ödəmənin gecikməsi onlara əlavə faizi xərci yarada və kredit […]

5-ci parlament seçkisi gəlir

5-ci parlament seçkisi gəlir

Noyabrın 1-də parlament seçkisi keçiriləcək. Transparency.az bildirir ki, bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5-ci parlament seçkisidir. Əvvəlki seçkilər 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də olub. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, ölkədə qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki […]

Azərbaycanda süd istehsalı tələbatın 53 faizini təmin edir

Azərbaycanda süd istehsalı tələbatın 53 faizini təmin edir

“MDB ölkələri arasında yalnız Belarus süd və süd məhsullarına olan ehtiyacını tam ödəyir, təxminən bir o qədər də məhsul ixrac edir”. Bunu Transparency.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib. Vahid Məhərrəmov bildirib ki, adambaşına ildə 703 litr süd istehsal edən Belarus MDB ölkələri sırasında birinci yerdədir. Qazaxıstan 287 litrlə ikinci, Ukrayna 253 litrlə […]

34 qəzetə maliyyə yardımı (Siyahı)

34 qəzetə maliyyə yardımı (Siyahı)

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası 2015-ci ilin ikinci yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəni başa çatdırıb. Transparency.az bildirir ki, 34 qəzetə 2015-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. Yardımın ümumi məbləği 1milyon 243 min manatdır. 60 min manat: “Kaspi” “Mövqe” “Yeni Azərbaycan” “Ədalət” “525-ci […]

Vətəndaşlıq qanununda yeniliklər qüvvəyə minib

Vətəndaşlıq qanununda yeniliklər qüvvəyə minib

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev AZƏRTAC-a müsahibəsində vətəndaşlıq qanunundakı yeniliklərdən danışıb. Transparency.az-ın məlumatına görə, Firudin Nəbiyev deyib ki, Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli qanunu ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilib: “Həmin dəyişikliyə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına […]

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.