Dövlət Qurumlarının Xidmət Mərkəzlərinin Monitorinqi Aparılacaq

Açıq Hökumət Platforması Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqini həyata keçirir. Milli Fəaliyyət Planının 8.6-cı bəndinə əsasən hökumət “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təşkil etməlidir. Sözügedən istiqamətin monitorinqi məqsədilə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin eksperti və icraçı direktoru Rəna Səfərəliyeva aşağıdakı işləri həyata keçirəcək:

  • · Dövlət qurumunun xidmət mərkəzlərinin fəaliyyət prinsipləri və şəffaflıq standartlarının “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartları ilə müqayisəsi;
  • · Əldə edilmiş tapıntıların maraqlı tərəflərin iştirakı ilə dəyirmi masada müzakirəsinin təşkil edilməsi və vəziyyətin yaxşılaşdırılması üçün dövlət qurumlarına tövsiyələrin verilməsi.

Layihə çərçivəsində 10 dövlət qurumunun xidmət mərkəzləri monitorinq ediləcəkdir. Monitorinq 30 iyun tarixinə kimi başa çatmalıdır. Nəticələr isə iyul ayında Açıq Hökumət Platformasının “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinq tədbirində təqdim ediləcək.

Monitorinq anketi ilə buradan tanış olmaq olar.

Related posts: