“Dövlət qulluğuna qəbul prosesi, dövlət qulluğuna qəbulda şəffaflıq və korrupsiyaya qarşı mübarizə məsələləri” mövzusunda seminar keçirilib

DSC_0024

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə  “Dövlət qulluğuna qəbul prosesi, dövlət qulluğuna qəbulda şəffaflıq və korrupsiyaya qarşı mübarizə məsələləri” mövzusunda seminar keçirib. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır.

Seminarın məqsədi gənclərə dövlət qulluğuna qəbul prosesi, qəbul prosesində tələb olunan bilik və bacarıqlar, bu sahədə müvafiq normativ hüquqi aktlar, o cümlədən  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verməkdir. Seminarda ekspert olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi  şöbəsinin müdiri, xanım  Afaq Hüseyn və Hüquq şöbəsinin müdiri, cənab Vüqar Əsgərov çıxış ediblər.

Gənclərin və müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə keçirilən seminarda xanım  Afaq Hüseyn dövlət qulluğuna qəbul prosesi və cənab Vüqar Əsgərov dövlət qulluğuna qəbul prosesində şəffaflıq, eyni zamanda şəffaflığın artırılması ilə bağlı atılan addımlara dair əlavə məlumat vermişdir. Xüsusilə, bu praktikanın Azərbaycanda dövlət qurumları tərəfindən tətbiqindəki uğurlar və problemlər, onun inkişaf etdirilməsi üçün görülməsi vacib olan işlər haqqında gənclər məlumatlandırılıb.

Seminarın növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçmiş və dəvət olunmuş ekspertlər dövlət qulluğuna qəbul prosesinin təkmilləşdirilməsi üçün görüləcək işlərlə bağlı gəncləri maraqlandıran suallara cavab vermişdir. İştirakçılar bu sahədə şəffaflığın artırılması və müraciət prosesinin sadələşdirilməsi üçün innovativ addımların atılmasının əhəmiyyətini vurğulayıblar.

Related posts: