Transparency İnternational təşkilatı müdafiə sahəsində şəffaflıq səviyyəsini araşdırıb. Təşkilatın Britaniyada yerləşən Müdafiə və Təhlükəsizlik Proqramları bölməsi tərəfindən təqdim olunan hesabatda dünyanın 82 ölkəsində vəziyyət nəzərdən keçirilib. Bu ölkələrin ordusuna korrupsiya risklərinin azaldılması istiqamətində görülən işləri araşdıran təşkilat yalnız Almaniya və Avstraliya ordularında çox sərt anti-korrupsiya mexanizmlərinin işlədiyini və bu ölkədə müdafiə sahəsində korrupsiya risklərinin çox aşağı səviyyədə olduğu açıqlanıb.
Sorğuya cəlb olunan 82 ölkədən 9-da – Əlcəzair, Anqola, Kamerun, Konqo Demokratik Respublikası, Misir, Eriteriya, Liviya, Suriya və Yəmən ordusunda korrupsiya riskləri olduqca böyük olub.
Hesabatda Azərbaycanın qonşuları olan Gürcüstan, Qazaxıstan və Rusiya ordularında da korrupsiya risklərinin olduqca yüksək olduğu qeyd olunur. Amma sənəddə Azərbaycan və Ermənistandakı vəziyyətə yer verilməyib.
Hesabat hazırlanarkən, maliyyə imkanlarının məhdud olması nəzərə alınaraq, bütün dünya ölkələri deyil, yalnız bir qrup seçilmiş ölkə hesabata daxil edilib. Ölkələr isə bir sıra kriteriyalar əsasında seçilib. Daha çox ölkələrin silah ticarətində çəkisi, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərin həcmi nəzərə alınıb. Bundan başqa hesabat müəllifləri çalışıblar ki, coğrafi olaraq da regionları əhatə edə bilsinlər. (metadologiya ilə buradan tanış ola bilərsiniz). Müəlliflər hesab edirlər ki, məhz bu meyarlar təhlükəsizlik və müdafiə sektorunda korrupsiya risklərinin ortaya qoyan əsas faktorlardır.
Təşkilatdan Azərbaycanın bu hesabatda nəzərə alınmamasının səbəbi kimi, ölkənin Avropa və Mərkəzi Asiya ölkələri arasında bu kriteriyalara tam cavab verməməsini göstəriblər. Qeyd edilib ki, iki ildən bir hazırlanan hesabatın növbəti buraxılışı zamanı Azərbaycanın və digər bir sıra digər ölkələrin də indeksə daxil edilmə ehtimalı yüksəkdir. Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.
Dünya ölkələrinin 70%-də müdafiə sektorunda korrupsiya riskləri yüksək həddədir
2011-ci il Korrupsiya Qavrama İndeksini
HÖKUMƏTLƏ VƏTƏDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ ÜNVANLI SOSİAL YARDIMLA BAĞLI MÜZAKİR...
Korrupsiya Qavrama İndeksi 2014
Hökumət və Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda dövlət satınalmalarında...
Hökumət, Biznes və Vətəndaş Cəmiyyəti Üzvləri Nağdsızlaşma ilə bağlı yeni ...
Azərbaycan Açıq Hökumət Platforması Açıq Hökumətin Təşviqinə dair Milli Fə...
Kəlbəcər rayon İcra Hakimiyyətindən 250 minlik "Mercedes"lə bağlı...
Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanmasına ...