Elektron xidmətlər və elektron məlumat mübadiləsi üzrə HESABAT Açıqlanıb

main“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin və dövlət qurumları arasında elektron məlumat mübadiləsinin səviyyəsi ilə bağlı hesabatı 9 sentyabr 2016-cı il tarixində Avropa Otelinin Kura zalında ictimaiyyətə təqdim etdi. Hesabatda «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»nın və «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarın icra səviyyəsi, eləcə də dövlət qurumlarının Elektron İnkişaf indeksi açıqlanmışdır.

Tədbiri giriş sözü ilə açan, Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirdi ki, ötən 5 ildə Azərbaycanda elektron xidmətlər kəmiyyətcə artmış, keyfiyyətcə inkişaf etmişdir. Belə ki, “Şəffaflıq Azərbaycan” təşkilatının 2011-ci ildə hazırladığı hesabatın nəticələrinə görə  Nazirlər Kabinetinin 191 nömrəli qərarında göstərilmiş elektron xidmətlərdən 64%-i icra olunmamışdısa, son hesabata əsasən bu rəqəm 25%-ə enmişdir. Ötən 5 ildə tam icra olunmuş elektron xidmətlərin sayı 18%-dən 35%-ə, elektron müraciət mərhələsində olan xidmətlərin sayı isə 17 %-dən 35 %-ə qalxmışdır. Məlumat üçün bildirmək istərdik ki, elektron xidmətlərin inkişafı 3 səviyyədən – məlumatlandırma, elektron müraciət və tam elektron qaydada göstərilən xidmət səviyyələrindən ibarətdir.

Daha sonra, söz alan “Şəffaflıq Azərbaycan” Təşkilatının layihə kordinatoru Məhəmməd Muradov “Şəffaflıq Azərbaycan” Təşkilatı tərəfindən yeni metodologiya əsasında hazırlanmış dövlət qurumlarının Elektron İnkişaf İndeksini açıqladı. Elektron İnkişaf İndeksinə görə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Gömrük Komitəsi ön sıralarda yer alıblar. Təsadüfi deyil ki, ilk 5 yerdə olan qurum elektron məlumat mübadiləsi meyarına görə ilk 6-lıqda yer alan qurumlardır. Bu mənada, hökumət dövlət qurumlarını fəal şəkildə elektron məlumat mübadiləsinə təşviq etməlidir. Hal-hazırda, bir sıra dövlət qurumları arasında  elektron məlumat mübadiləsinin məhdud şəkildə təşkil edilməsi elektron xidmətlərin inkişafı üçün əsas maneə olaraq qalmaqdadır. “Şəffaflıq Azərbaycan” Təşkilatı tövsiyə edir ki, elektron xidmətlər çərçivəsində vətəndaş vəziyyəti aktları, tibbi arayışlar, təhsil haqqında sənədlər, daşınmaz əmlak, ünvan, hərbi qeydiyyat və uçot barədə arayışlar elektron şəkildə mübadilə edilsin. Bu fiziki və hüquqi şəxslərin elektron xidmətlərə müraciəti prosesini asanlaşdıracaq.

Məlumat üçün bildirək ki, Elektron İnkişaf İndeksi elektron xidmətlər, elektron məlumat mübadiləsi, elektron infrastrukturdan istifadə, elektron iştirakçılıq meyarları əsasında hazırlanmışdır.

Tədbir, hesabatda adı keçən dövlət qurumlarının nümayəndələri və eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirələrlə davam etdi.

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Dəyirmi masa ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsinin İctimai Müzakirələr komponenti çərçivəsində keçirilir.

14291836_1221265214560985_619588205369027602_n 14192002_1221265124560994_7598727137350070198_n 14199329_1221262904561216_4438014187705318424_n 14199581_1221264291227744_1636201289733497614_n 14199659_1221263691227804_4226317159510779006_n 14199732_1221264994561007_8612417518891575699_n 14199740_1221262874561219_9093521047028652062_n 14207721_1221264641227709_3429697076453892766_o 14222088_1221261704561336_2605889284750386684_n 14222240_1221264324561074_7454709187247887809_n 14224868_1221263127894527_7920246963000798852_n 14231260_1221264804561026_457870535227810903_o 14232389_1221264647894375_1205061717162195238_n 14232488_1221262907894549_3721861405657364206_n 14238203_1221263614561145_3309575703518216205_n 14264028_1221264224561084_6438591252225420143_n 14264069_1221264891227684_8016702742817898518_n 14264183_1221264551227718_8608656142987074627_n 14264199_1221263601227813_7362275261075684752_n 14291812_1221261667894673_3371276377573490323_n

Related posts: