GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ ÜÇÜN “DÖVLƏT ORQANLARI İLƏ ÜNSİYYƏTİ NECƏ QURMALI” HAQQINDA TƏLIM KEÇİRİLİB

DSC_0421“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Quba rayon İcra Hakimiyyəti ilə birgə Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə dövlət orqanları ilə ünsiyyəti necə qurmalı mövzusunda təlim keçirib. Təlim Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) Layihəsi çərçivəsində gənclər arasında şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsiləvi tədbirlərin davamıdır. Tədbirdə “Şəffaflıq Azərbaycan”ın  hüquqşünası Aytən Əlizamanlı, müstəqil ekspertlər Sevinc Səmədzadə və Səadət Abdullazadə tələbələr üçün maarifləndirici və məlumat xarakterli mühazirə deyiblər.

Quba şəhərində gənclərin və müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə keçirilən təlimdə dövlət orqanları ilə effektiv ünsiyyətin qurulması, onların icma və digər problemlərinin həlli üçün hansı vasitələrdən istifadə edəcəkləri və gənclərin şəffaf və yaxşı idarəetmədə rolunun vacibliyi müzakirə edilib. Eyni zamanda, təlimçilər gənclərə müxtəlif praktiki tapşırıqlar verərək onların nəzəri biliklərinin praktika yolu ilə daha da təkmilləşdirilməsinə nail olublar.

Təlimin növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçib, dəvət olunmuş ekspertlər effektiv və şəffaf idarəetmə ilə bağlı gəncləri maraqlandıran suallara cavab veriblər. İştirakçılar bu kimi maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Təlimin məqsədi Azərbaycan Respublikasının müxtəlif sahələrdə şəffaflığın təmin olunması uğrunda apardığı tədbirlər və islahatlar haqqında regionlarda təhsil alan gəncləri maarifləndirmək və bununla bağlı əsas bilik və təlimatları aşılamaqdır.

Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (APT) layihəsinin İctimai müzakirələr komponenti çərçivəsində keçirilir. 

Related posts: