HÖKUMƏTLƏ VƏTƏDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ ARASINDA MÜZAKİRƏLƏR DAVAM EDİR

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə əmək münasibətləri zamanı qarşıya çıxan hüquq pozmaları  və qarşıya çıxan problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə  dəyirmi masa keçirib. Tədbir hökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabtlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunur.  Dəyirmi masada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.
İştirakçılar belə bir qənaətə gəliblər ki, son illərdə müvafiq dövlət qurumları tərəfindən əmək təhlükəzisliyinin təşkili, işə götürənlərlə işçilər arasında qarşılıqlı münasibətlərin, eyni zamanda hüquq və vəzifələrin müəyyənləşdirilməsi, hüquq pozuntularına yol verən şəxslərin cəzalandırılması və  qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bir sıra mühüm addımlar  atılsa da, bu istiqamətdə bir sıra narahatedici məqamlar qalmaqdadır.
Tədbirin keçirilməsində əsas məqsəd əmək münasibətləri zamanı yaranan korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək,  eyni zamanda bu sahədə şəffaflığın və hesabtlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdır.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sosial hüquq məsələləri üzrə nəzarət şöbəsinin müdiri, Tahir Musayev,  İşçilərin əmək hüquqlarının qorunması sahəsində görülmüş işlər mövzusunda çıxış edib. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov, Fərdi əmək mübahisələrinin həllinin Azərbaycan təcrübəsi: Qanunvericilikdə və təcrübədə mövcud olan problemlər barədə danışıb. Sevgim Rəhmənov, Тacilər və Istehsalçılar Birliyinin rəhbəri  “Kiçik sahibkarların əmək hüquqpozmalarında iştirakının azaldılmasının yolları” barədə məlumat verib. Tədbirin sonunda “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva “Əmək münasibətləri zamanı qarşıya çıxan hüquq pozmalarının qarşısının alınması”ilə bağlı çıxış edib.
İştirakçılar hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, əmək münasibətləri sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.  Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırlıb.

Related posts: