IYBA

İNKİŞAF NAMİNƏ YERLİ BACARIQLARIN ARTIRILMASI LAYİHƏSİ (İYBA)

Yanvar 2014 – İyul 2015

Şəffaflıq Azərbaycan təşkilatı Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Kemoniks İnterneşnl İnk. tərəfindən həyata keçirilən İnkişaf naminə Yerli Bacarıqların Artırılması layihəsinə qoşulmaqla qısamüddətdə öz institusional imkanlarını yüksəltmək və uzunmüddətdə təşkilatın keyfiyyət və təsir gücünü artırmağa şərait yaratmaq, eləcə də, Azərbaycanın demokratikləşmə prosesində tərəfdaşlarının bilik və bacarıqlarını artırmağı hədəfləyir.

IMG_2578

İştirakçılar və/və ya faydalananlar

  • Layihənin birbaşa iştirakçısı və faydalananı ŞA və onun heyətidir.
  • Layihədən sonrakı bilvasitə faydalananları AŞT layihəsi çərçivəsində ŞA-nın tərəfdaşları və QHT Platformasının üzvləri olan QHT-lərdir.

Qrantın məqsədi

Qrantın məqsədi ŞA-nın ehtiyac duyulan xidmətləri (təlimlərin və vəkillik kampaniyalarının təşkili və keçirilməsi, məsləhətlərin verilməsi) təmin etməsi, beynəlxalq donorlardan birbaşa alnan qrantların idarə olunması üçün təşkilati və texniki bacarıqların artırılması və milli və yerli siyasət dialoqlarında səmərəli iştirak etməsidir.

Yüksək rəqabətin hökm sürdüyü qlobal QHT sektorunda fəaliyyətini davam etdirmək və donor vəsaitlərinin məhsuldarlığını və təsirini artırmaq üçün ŞA öz təşkilati qabiliyyətlərini artırmağa can atır. Layihə bitdikdən sonra, ŞA yenicə əldə etdiyi bilik və bacarıqları AŞT layihəsi üzrə tərəfdaşları və digər QHT-lərlə təlimlər vasitəsilə paylaşacaq.

IMG_2731

Layihənin fəaliyyətləri

  • ŞA-nın təşkilati qabiliyyətini artırmaq
  • QHT-lərin Yaxşı İdarəçilik Prinsiplərinə bağlılığını artırmaq
  • Praktiki siyasətini və əməliyyat proseduralarını icra etmək üçün təşkilati bacarıqlarını yaxşılaşdırmaq
  • İnzibati sistemlərin keyfiyyətini və heyətin bu sistemlərlə bağlı biliyini artırmaq
  • Məmnun və bacarıqlı iş qüvvəsini davam etdirmək, əməliyyatları və iş saatlarını idarə etmək üçün ŞA-nın bacarıqlarını yaxşılaşdırmaq
  • Maliyyə idarəetməsinin effektivliyi və maliyyə vəsaitlərinin müxtəlifliyi yolu ilə davamlılıq üçün imkanları yüksəltmək
  • Təşkilatın strategiyası və iş planının keyfiyyətini artırmaq
  • ŞA-nı dəstəkləyən, onunlar koordinasiya və tərəfdaşlıq edən təşkilatların sayını artırmaq
  • ŞA-nın proqramıların idarə edilməsi bacarığının inkişaf etdiyi sahələrin sayını artırmaq
  • Hesabat vermə formasına, sub-qrant-ın idarə edilməsi qaydalarına və donorun tələblərinə uyğunluq proseduraları və keyfiyyətli xidmət təlimatına əməl edən heyət yetişdirmək
  • ŞA-nın xidmətləridən istifadə edənlərin məmnuluğunun artırmaq və bunu sorğularla yoxlamq
  • Layihələrin nailiyyətini monitorinq və təhlil etmək, eləcə də standartlar, göstəricilər, əsas məhsul və nəticələri göstərməklə sənədləşdirilməsini aparmaq üçün ŞA-nın bacarıqlarını artırmaq

image

Layihənin nəticəsi

Layihə fəaliyyətlərinin nəticəsində ŞA tam inkişaf etmiş, Azərbaycan və İngilis dillərində mövcud olan və bütün heyət üzvlərinə məlum olan institusional struktura malik olacaq.

IMG_2668