Jurnalistlər üçün Satınalmalar Sahəsində Təlim Elanı

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən icra olunan “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsi çərçivəsində 8-9 iyul 2017-ci il tarixlərində saat 10.00-18.00 arasında jurnalistlər üçün 2-günlük təlim keçiriləcəkdir.

“Şəffaflıq Azərbaycan” təşkilatının ekspertlərinin cəlb olunduğu təlimdə jurnalistlər dövlət satınalmaları sahəsində beynəlxalq praktika və ən yaxşı nümunələr barədə nəzəri və praktiki biliklərə yiyələnəcəklər. İki gün keçiriləcək təlimin məqsədi bu sahədə jurnalistika təcrübəsi olan və bu sahəyə maraq göstərən jurnalistlərin dövlət satınalmaları sahəsində şəffaflıq, hesabatlılıq və dürüstlük mövzularında tədqiqatlarına dəstək verməkdir.

Təlimi uğurla başa vuran jurnalistlər sırasından seçilmiş 4 nəfərə dövlət satınalmaları sahəsində tədqiqatının hazırlanması və dərc edilməsi üçün qonorar veriləcəkdir.

Təlimdə iştirak etmək üçün həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən jurnalistlər müraciət edə bilərlər. İştirakçıların tədbir xərcləri (kofe fasilələri, nahar), o cümlədən regiondan tədbirə qatılacaq jurnalistlərin nəqliyyat xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Müraciətin şərtləri:

  •  CV
  •  Dövlət satınalmaları və ya əlaqədar sahələrdə (ictimai maliyyə, sosial-iqtisadi məsələlər və s.) yazdığınız məqalə(lər) Müraciətlər elvinmuzaffarli@gmail.com ünvanına 30 iyun 2017-ci il tarixinədək göndərilməlidir.

Related posts: