Korrupsiya Qavrama İndeksi 2012

clip_image001Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2012-ci il Korrupsiya Qavrama İndeksini təqdim edir. Bu il indeksdə Azərbaycan 27  balla,  176 ölkə arasında 139-cu sırada yer alıb. Bu ildən etibarən İndeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, bu ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 2.4 balla, 183 ölkə arasında 143-cü sırada göstərilmişdir. Metodologiyada dəyişikliklər edildiyindən bu il açıqlanan İndeksi, ötən illərin hesabatı ilə müqayisə etmək mümkün deyil.
Əvvəlki illərdə indeks hazırlanarkən ölkənin mövqeyini müəyyənləşdirmək üçün onun bir sıra digər hesabatlarda tutduğu mövqe (sıralama) nəzərə alınırdısa, bu ildən etibarən ölkənin digər hesabatlarda topladığı ballar nəzərə alınır. Bu isə o deməkdir ki, bundan sonra ölkənin digər hesabatlarda aldığı qiymətlər bu indeksdə verilən qiymətə birbaşa təsir göstərəcək və ölkələrin nəticələri digər ölklərin göstəricilərindən asılı olmayacaq.
Digər fərq isə hesabat hazırlanan zaman istinad edilən mənbələr ilə  bağlıdır. Belə ki, əgər əvvəlki illərdə ölkə ilə bağlı son iki il ərzində hazırlanan hesabatlar nəzərə alınırdısa, bu ildən etibarən iki ildən gec olmayan müddət ərzində ölkə haqqında dərc olunan ən son hesabatın göstəriciləri əsas götürülür. 2012-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub .
KQİ Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir və ötən dövr ərzində qarşıya çıxan bir çox yeniliklər və dəyişikliklər, hesabatın hazırlanmasında yeni metodologiyanın tətbiqini zəruri edir. Nəzərə almaq lazımdır ki, KQİ dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanır və bu indeks heç bir halda ölkədə korrupsiyanın tam səviyyəsini müəyyən etmir.Ardı

Related posts: