Korrupsiyanı ifşa edərkən…


Bir çoxumuz iş yerlərində korrupsiya faktlarını müşahidə edir, ancaq iş yerindən qovulmamaq üçün susuruq. Sənədli filmdə iş yerində korrupsiya faktı barəsində məlumat verən işçilər və onların qarşılaşdığı təzyiqlərdən söhbət açılır. Müsahibə götürülən şəxslər artıq öz iş yerlərini itiriblər. Onlar iddia edirlər ki, iş yerlərində korrupsiya hallarına qarşı çıxdıqları üçün rəhbərlik tərəfindən işdən qovulublar.
Bu şəxslərin ittihamlarını ciddi araşdırmaq və onları qorumaq üçün “Korrupsiya haqqında məlumat verən şəxslərin qorunması haqqında qanun”un qəbul edilməsi və işləməsi vacibdir.
Qeyd: Müsahibə götürülən şəxslərin məhkəmə prosesi davam etdiyi üçün korrupsiya ilə ittiham olunan şəxslərin və iş yerlərinin adları çəkilmir.

Related posts: