“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticələri açıqlanıb

10462829_925960927424750_6603591436322072445_n“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, “Konstitusiya” Araşdırmalar Fondunun əməkdaşlığı ilə həyata keçirilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələri əsasında hazırlanmış hesabatı geniş ictimaiyyətə təqdim edib. Monitorinq dövrü 2013-cü il sentyabr – 2014-cü il dekabr aylarını əhatə edir.
Tədbiri giriş sözü ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Rəna Səfərəliyeva açıb. Ə.Nuriyev bildirib ki, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən MFP-nin monitorinqi ilə bağlı artıq ikinci hesabat təqdim olunur. MFP – dövlət qurumları, komitələr, bələdiyyələrə və dövlətə məxsus olan şirkətlər və başqa maraqlı tərəflər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir. Birinci monitorinq dövrü üçün MFP-də nəzərdə tutulan tədbirlərin orta icra göstəricisi 34% idisə, indiyə qədər olan ümumi monitorinq nəticəsində isə bu göstərici  71.47% -ə çatıb.
“Konstitusiya” Araşdırmalar Fondunun layihə koordinatoru, ekspert Zaur İbrahimov monitorinqin nəticələrini təqdim edib. Ümumilikdə, MFP təsdiq olunduqdan sonra  91 tədbirin icrasının 2014-cü ildə başa çatması nəzərdə tutulmuşdu. Monitorinq nəticələri göstərib ki, 2014-cü ildə başa çatması nəzərdə tutulan tədbirlər daxil olmaqla 53-ünün 100% icra edildiyini söyləmək olar; 30 tədbir  50%-dən çoxu, 19  tədbirin isə 50%-i icra olunub. 11 bənd üzrə icra göstəricisi 30% aşağıdır. Ümumi qənaət bundan ibarətdir ki, daha geniş miqyasda qanunvercilik, prosedurların dəqiqləşdirilməsi, yenidən işlənməsi, müxtəlif sahələr üzrə inkişaf konsepsiyalarının hazırlanması və qəbulu həmçinin elektron xidmətlərin tətbiqi ilə bağlı baza tədbirlərinin həyata keçirilməsi  prosesi başa çatmaq üzrədir.
Müşahidələr deməyə əsas verir ki, bir çox hallarda qanunvericiliyin tətbiqi ilə bağlı praktik problemlər qalır.  “Maraqlar toqquşması haqqında”  qanunun qəbulunun ləngiməsi, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı irəliləyişin olmaması MFP-nin icrasında problemlər kimi vurğulanmalıdır. MFP-də nəzərdə tutulan korrupsiyaya qarşı mübarizədə preventiv tədbirlər və korrupsiya risklərinin azalmasına yönəlik bir sıra tədbirlərin icrasının ləngiməsi də nəzərə çarpır. İlk növbədə lisenziya və icazələrin verilməsinin sadələşdirilməsi, vergi bəyannamələrinin təqdim edilməsinin dövrülüyünün azaldılması, səhiyyə sistemində icbari tibbi sığorta sisteminə keçid, lombardların və daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin qəbulunda ləngimələr qeyd edilməlidir.Hesabat ilə buradan tanış bilərsiniz.

Related posts: