Milli Şəffaflıq Sistemi

Bu səhifədə Siz «Şəffaflıq Azərbaycan» Təşkilatının Avropa İttifaqının maliyyə dəstəyi ilə «Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi» layihəsi çərçivəsində hazırladığı Milli Şəffaflıq Sistemi  Qiymətləndirilməsi hesabatı ilə tanış ola bilərsiniz. Sözügedən hesabat milli anti-korrupsiya sisteminin 13 əsas institutunu qiymətləndirir. Siz aşağıda təqdim edilən inforqrafik şəkillər ilə 13 institutun əsas nəticələri barəsində məlumatlana, habelə sözügedən hesabatın mətni ilə tanış ola bilərsiniz.

Legislature Executive Judiciary Public Sector Law Enforcement Agencies Electoral Management Bodies Ombudsman Supreme Audit Institution Anti-corruption agencies Political Parties Media Civil Society Business
  1. Qanunverci Hakimiyyət
  2. İcraedici Hakimiyyət
  3. Məhkəmə
  4. Dövlət Sektoru və dövlət satınalmaları
  5. Hüquq Mühafizə Orqanları
  6. Seçki Komissiyası
  7. Ombudsman
  8. Hesablama Palatası
  9. Anti-korrupsiya Agentlikləri
  10. Siyasi Partiyalar
  11. Media
  12. Vətəndaş Cəmiyyəti
  13. Biznes

Hesabat ilə buradan tanış ola bilərsiniz

Milli Şəffaflıq Sistemində olan boşluqları aradan qaldırmaq üçün «Şəffaflıq Azərbaycan» Təşkilatı aşağıdakı istiqamətlər üzrə dövlət qurumlarına konsepsiya və siyasət sənədləri, eləcə də dürüstlük mexanizmləri və monitorinq hesabatı hazırlamışdır.

1. Korrupsiya haqqında məlumat verən şəxslərin qorunması

2. Dövlət satınalmlarında şəffaflığın artırılması

3. Biznesdə dürüstlüyün artırılması

4. Dövlət xidmətlərində şəffaflığın artırılması.

flag_yellow_high

Milli Şəffaflıq Sisteminin Qiymətləndirməsi layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna) üzrə bu layihə üçün nəzərdə tutulmuş  qrantın həcmi 680.517.92 avrodur (ümumi büdcənin 90 %-i).