Bu səhifədə Siz «Şəffaflıq Azərbaycan» Təşkilatının Avropa İttifaqının maliyyə dəstəyi ilə «Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi» layihəsi çərçivəsində hazırladığı Milli Şəffaflıq Sistemi Qiymətləndirilməsi hesabatı ilə tanış ola bilərsiniz. Sözügedən hesabat milli anti-korrupsiya sisteminin 13 əsas institutunu qiymətləndirir. Siz aşağıda təqdim edilən inforqrafik şəkillər ilə 13 institutun əsas nəticələri barəsində məlumatlana, habelə sözügedən hesabatın mətni ilə tanış ola bilərsiniz.
- Qanunverci Hakimiyyət
- İcraedici Hakimiyyət
- Məhkəmə
- Dövlət Sektoru və dövlət satınalmaları
- Hüquq Mühafizə Orqanları
- Seçki Komissiyası
- Ombudsman
- Hesablama Palatası
- Anti-korrupsiya Agentlikləri
- Siyasi Partiyalar
- Media
- Vətəndaş Cəmiyyəti
- Biznes
Hesabat ilə buradan tanış ola bilərsiniz
Milli Şəffaflıq Sistemində olan boşluqları aradan qaldırmaq üçün «Şəffaflıq Azərbaycan» Təşkilatı aşağıdakı istiqamətlər üzrə dövlət qurumlarına konsepsiya və siyasət sənədləri, eləcə də dürüstlük mexanizmləri və monitorinq hesabatı hazırlamışdır.
1. Korrupsiya haqqında məlumat verən şəxslərin qorunması
2. Dövlət satınalmlarında şəffaflığın artırılması
- Dövlət satınalmalarında ictimai nəzarəti təmin etmək üçün üç tərəfli (Dövlət-Şirkət-QHT) dürüstlük sazişi modeli
- «Dövlət satınalmalarında şəffaflıq mexanizmləri» üzrə siyasət sənədi
3. Biznesdə dürüstlüyün artırılması
4. Dövlət xidmətlərində şəffaflığın artırılması.
Milli Şəffaflıq Sisteminin Qiymətləndirməsi layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna) üzrə bu layihə üçün nəzərdə tutulmuş qrantın həcmi 680.517.92 avrodur (ümumi büdcənin 90 %-i).