Notariat sahəsindəki mövcud vəziyyət müzakirə edilib

image2“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə notariat sahəsində həyata keçirilən islahatlar və problemləri müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. Tədbirhökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunur.  Dəyirmi masada Ədliyyə Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.
İştirakçılar belə bir qənaətə gəliblər ki, son illərdə hökümət tərəfindən notariat sahəsində şəffaflığın və səmərəliliyin təmin edilməsi, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsinin yüksəldilməsi, o cümlədən notariat xidmətinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülmüş, əvvəllər bu orqanlarda mövcud olmuş neqativ halların aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirilərək, müsbət nəticələr əldə olunmuşdur. Lakin bununla belə, bir sıra narahetedici məqamlar qalmaqdadır ki, bunların da aradan qaldırılması  istiqamətdə görülən işlər davam etdirilməlidir. Tədbir iştirakçıları notariat sahəsində korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan problemləri qeyd edib bunlar barədə  müzakirə aparıblar. Bu sahədə şəffaflığın və işin səmərəliliyinin artırılması məqsədilə təkliflər irəli sürülüb.
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin rəisi Mehman Soltanov və həmin idarənin aparıcı məsləhətçisi Vidadi Mayıl “Azərbaycanda notariat institutunun inkişaf mərhələləri” mövzusunda çıxış edib.“İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadova xüsusi notariusların statusu və bu sahədəki mövcud vəziyyət  barədə danışıb.  “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva “Notariat xidmətinin inkişafına dair ümumi tövsiyyələr”lə çıxış edib.
İştirakçılar hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, notariat sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.  Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırılıb.Daha ətraflı burada

Related posts: