QHT-lər üçün Layihələrin Yazılması üzrə Təlim

DSC_0469“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri üçün “Layihələrin Yazılması” mövzusunda təlim keçdi. 11-12 avqust 2016-cı il tarixlərində baş tutmuş təlimin məqsədi – layihələrin yazılması üzrə mövcud beynəlxalq standartlar və təlimatlar barədə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları arasında məlumatlılığın artmasına və düzgün tətbiqinə töhfə verməkdir.

Müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatları təmsil edən 15 iştirakçı ŞA-nın idarəetmə heyəti və mütəxəssisləri tərəfindən ingilis dilində hazırlanan təlimdən bəhrələndilər.

Iki günlük təlimlərin iştirakçıları layihə yazmağın fərqli mərhələlərinə dair biliklərə yiyələndilər. ŞA-nın icraçı direktoru Rəna Səfərəliyeva mövzu, məqsəd, vəzifələr və hədəf qrupların müəyyən olunması, eləcə də müvafiq fəaliyyətlərin seçilməsi ilə bağlı interaktiv sessiya keçirdi. Daha sonra, iştirakçılara iş planı, vaxt bölgüsü və büdcə qurmağın prinsipləri təfərrüatı ilə izah edildi.

QHT üzvləri həmçinin, layihələrin monitorinqi və qiymətləndirilməsi ilə bağlı qaydalarla müstəqil ekspert Kənan Qasımovun keçirdiyi sessiyada tanış oldular.

İştirakçılar öyrəndikləri nəzəri biliklərini hər sessiyanın sonunda keçirilən praktiki məşğələlərlə möhkəmləndirdilər. Tədbirin sonunda iştirakçılar sertifikat və şablon layihə nümunələrini əldə etdilər.

limlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB təfindən icra edilən Azərbaycan Şəffaflıq Təfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.

Bütün şəkillər:

11 avqust 2016

https://www.facebook.com/Transparencyazerbaijan/posts/1192742284079945

12 avqust 2016

https://www.facebook.com/Transparencyazerbaijan/posts/1196090253745148

Təlim materialları:

Project framwork

Project Proposal TI

Sample Budget OSCE Traning for NGO

Presentation M&E

M&E sample

Related posts: