Rəna Səfərəliyeva xarici televiziya kanalına müsahibə verib

clip_image002“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva Birləşmiş Millətlər Təşkilatının televiziya kanalından olan çəkiliş qrupu üçün müsahibə verib. Müsahibədə Transparency İnternational təşkilatının milli bölməsi olaraq fəaliyyət göstərən Şəffaflıq Azərbaycan təşkilatının korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı addımlar, 10 il ərzində təşkilatın keçdiyi yol, əldə olunan nailiyyətlər və qarşıda duran problemlər barədə məlumat verilib. Rəna Səfərəliyeva təşkilatın yarandığı dövrdən bu yana keçdiyi yol barəsində danışarkən bildirib ki, əgər 10 il bundan qabaq insanlar korrupsiyaya qarşı mübarizədən danışarkən bunu qorxaraq edirdilərsə, artıq vəziyyət fərqlidir. “Bizim və digər həmkarlarımızın uzun illər ərzində gördüyü fəaliyyət nəticəsində korrupsiyaya qarşı mübarizə ilə bağlı xeyli nailiyyətlər qazanmışıq və artıq ictimaiyyət arasında korrupsiyya qarşı mübarizənin ciddiliyi barədə inam formalaşdıra bilmişik”. O eyni zamanda qeyd edib ki, əldə edilən bütün nailiyyətlərlə yanaşı xeyli sayda problemlər hələ də mövcuddur və korrupsiyaya qarşı mübarizə prioritet məsələlərdən biri olaraq qalmaqdadır.  Qeyd edək ki, BMT televiziyası Azərbaycanla bağlı sənədli film hazırlayır və filmdə ölkədə insan hüquqlarının qorunması, korrupsiyaya qarşı mübarizə və ölkənin inkişaf istiqaməti ilə bağlı məsələlərə toxunulacaq

Related posts: