“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi buraxılış imtahanı üzrə müşahidə aparmışdır

19369443_10211432848749501_11849101_n“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Məhəmməd Muradov Bakı şəhəri, Nəsimi rayonu, 159 saylı orta məktəbdə ümumi orta (9-cu sinif) təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanını müşahidə etmişdir. Müşahidə zamanı (i) buraxılış rejimi, (ii) bina nümayəndəsinin vəzifə təlimatları, (iii) şagirdlərin psixoloji durumu, (iv) məmnuniyyətin ölçülməsi, (v) müşahidənin aparılması metodu ilə bağlı bəzi məsələlər aşkarlanmış və daha sonra isə həmin məsələlərin həlli istiqamətində 9 tövsiyə təklif edilmişdir.

Təşkilatımızın nümayəndəsi imtahan prosesini başlanğıc mərhələdən müşahidə etmək üçün səhər saat 06:30-da Dövlət İmtahan Mərkəzinə gəlmiş, imtahan rəhbərlərinin iştirak etdiyi məlumatlandırıcı görüşdə iştirak etmiş, imtahan rəhbərləri cavab kartları və sual kitabçaları təhvil alandan sonra imtahan rəhbərləri ilə birgə 159 saylı məktəbə gəlmiş və müşahidəni saat 11:00-ə qədər həyata keçirmişdir.

İmtahan prosesində 604 şagird identifikasiya edildi və 21 sinif otağına yerləşdirilmiş və onlar imtahan vermişlər. Müşahidəyə əsasən, imtahan üçün qeydiyyata alınmış hər bir şagirdin mövzu ilə bağlı biliklərini ortaya çıxarmaq üçün zəruri əlverişli şərait pedaqoji, logistik, infrastruktur, insan resursları baxımından təmin edilmişdi və ən əsası imtahanın şəffaf, ədalətli şəkildə baş tutduğu qeyd oluna bilər.

Bununla bərabər, buraxılış imtahanında şagird izdihamının idarə edilməsi (crowd management) və identifikasiyası, məktəblərdə sanitar qovşaqların gigiyena tələblərinə uyğun təşkili, şagirdlərin psixoloji durumunun dəstəklənməsi, şagirdlər arasında imtahandan sonra məmnuniyyət sorğusunun keçirilməsi, müşahidə üsulunun və metodlarının təkmilləşdirilməsi ilə bağlı işlərin görülməsi tövsiyə olunur.

Qeyd olunmalıdır ki, «Şəffaflıq Azərbaycan» təşkilatı Dövlət İmtahan Mərkəzinin İctimai Şurasının üzvüdür.

Müşahidənin nəticələri

19244274_10211432849429518_1118394010_n 19369440_10211432849189512_1261340611_n

Related posts: