“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ AZƏRİQAZ QAZ TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HESBATLILIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

12095141_1018740198146822_1133660211722103615_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə qaz təchizatı prosesində istehlakçıların hüquqlarının qorunması,  şəffaflığın artırılması  və mövcud problemlərin həlli yollarını dəyirmi masada müzakirə edib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır.

SOCAR-ın, İqtisadiyyat və Sənaye Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, AR-nın Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Energetika Nazirliyinin və digər dövlət orqanları əməkdaşlarının, həmçinin müxtəlif kommunal sahə ilə əlaqədar qurumların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın açılışını “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva edib. O kommunal xidmətlər zamanı istehlakçıların qarşılaşdığı problemlərin əksəriyyətinin qaz təchizatı sahəsi ilə əlaqədar olduğunu söyləyib.

Tədbirdə çıxış edən Azəriqaz İstehsalat Birliyin Bakı Regional Qazın  İstismarı Departamentinin rəisinin müavini Mirəfqan Ağalarov təchizatçı qurum olaraq istehlakçılara və göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin və şəffaflığının  artırılması,  qaz təchizatı ilə əlaqədar  bağlanan birtipli müqavilələrin sayının artırılması, smart-kart sayğaclarının quraşdırılması prosesinin sürətləndirilməsi və digər məsələlərlə bağlı görülən işlər və aparılan islahatlar barəsində məlumat verib. Daha sonra Azərsu ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, Anar Cəbrayıllı  və Azərişıq  ASC-nin İnsan Resursları Departamentinin hüquqşünası, Venera Əsgərova təmsil etdikləri qurumlarda həyata keçirilən islahatlardan və əldə edilmiş nailiyyətlərdən danışıblar.

Tədbirin davamında kommunal sahələr üzrə ekspert Ələkbər Ağasıyev çıxış edərək, Azəriqaz İB  tərəfindən yol verilən qaz təchizatı prosesində istehlakçıların hüquqlarının pozuntuları, eləcə də nəzarətçilər tərəfindən  qazın istifadə edilməsi üçün reallığa uyğun olmayan qeyri-qanuni borcların hesablanması hallarının geniş şəkildə yayılmasından danışmışdır.
O, problemlərin aradan qaldırılması üçün təchizatçı idarələrin əməkdaşlarına aparılan nəzarət tədbirlərinin gücləndirilməsinin labüdlüyünə dair, o cümlədən, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması istiqamətində   bir sıra tövsiyələri tədbir iştirakçılarına təqdim etmişdir.  Həmçinin, Ə.Ağasıyev öz çıxışında “Azəriqaz” İB-nə məxsus müstəqil internet saytının olmaması, eləcə də  maarifləndirici vəsaitlərinin azlığı, məsələn,  kilidlənmiş sayğacların aktivləşdirilmə mexanizmləri barədə maarifləndirici materialların çap edilməsi kimi məslələlərə də toxunmuşdur.İştirakçılar hökumət və vətəndaş cəmiyyəti arasında olan bu fikir mübadiləsini yüksək qiymətləndirdilər.Qeyd edilənlərlə əlaqədar olaraq ŞA tərəfindən hazırlanmış olan tövsiyələr paketi vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən təkliflərlə birgə müvafiq dövlət qurumuna təqdim edilib.

Tovsiyə ilə buradan tanış ola bilərsiniz.

Related posts: