“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ “AZƏRSU” ASC SU TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HESBATLILIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

11 Noyabr tarixində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında su təchizatı sahəsində əldə edilmiş uğurları və problemləri müzakirə etmək məqsədilə dəyirmi masa təşkil edib.  Tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi keçirilib. Dəyirmi masada Sənaye və Energetika Nazirliyi, Bakı Şəhər Mənzil Kommunal İstismar departamenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Baş Prokurorluq, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Son illərdə müvafiq dövlət qurumları tərəfindən su təchizatının yaxşılaşdırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Buraya müraciət mexanizmlərinin effektivləşdirilməsi və şəffaflaşdırılması, istehlakçılarla yeni müqavilələrin təsdiq edilməsi, mənzillərin və müəssisələrin sayğaclaşdırılması və s. məsələlər daxildir.
Tədbirin keçirilməsində əsas məqsəd su təchizatı sahəsində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, korrupsiyaya şərait yarada biləcək halları minimuma endirmək və, eyni zamanda bu sahədə təhlükəsizlik normaları, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdır.
Xanvər Abasov Azərsu Açıq Səhmdar Cəmiyyətinin Kommersiya Departamentinin rəisi əhalinin su ilə  təminatı sahəsində həyata keçirilən son islahatlar barədə danışıb. Konstitutsiya Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev əhaliyə su təchizatı sahəsində istehlakçı-təchizatçı münasibətlərindəki mövcud problemlər barədə fikirlərini bildirib. Konstitutsiya Araşdırmalar Fondu tərəfindən icra olunan “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinin eksperti Ələlkbər Ağasıyev su təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquq pozmalarından danışıb. Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva su problemlərin aradan qaldırılması ilə bağlı tövsiyyələrini çatdırıb.İştirakçılar hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, su təchizatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin. Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırlıb.

Related posts: