TENDER ELANI

16143205_1380061785347993_1234455179432521929_n“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsinin “Biznes Komponenti” çərçivəsində “Kiçik və orta sahibkarlar üçün gömrük qanunvericiliyinin izahı ilə bağlı bələdçi” hazırlanması üzrə müsabiqə elan edir.

İşin təsviri

“Kiçik və orta sahibkarlar üçün gömrük qanunvericiliyinin izahı ilə bağlı bələdçi” hazırlanacaqdır. Bələdçidə sahibkarlar üçün malların idxalı və ixracı ilə bağlı yerli və beynəlxalq qanunvericiliyin tələbləri, eləcə də bütün inzibati prosedur mərhələlər asan şəkildə izah edilməlidir. Sözügedən bələdçi əsasında kiçik və orta sahibkarları maarifləndirmə məqsədilə bukletlər və qısa metrajlı video çarxlar hazırlanıb paylaşılacaqdır.

Müraciət üçün tələblər

Mövzu ilə bağlı təkliflər “Şəffaflıq Azərbaycan” təşkilatının Biznes Komponenti üzrə layihə koordinatoru Məhəmməd Muradova mahammad@transparency.az ünvanına 14 aprel saat 18:00 tarixinə kimi qəbul edilir. Təklifdə işin qısa təsviri və CV verilməlidir. Göndəriləcək təklifin qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınacaqdır:

1. Gömrük qanunvericiliyi ilə bağlı bilik;

2. Gömrük rəsmiləşləsməsi ilə bağlı praktiki təcrübə.

Tenderin nəticəsi

Tender nəticəsində seçilmiş icraçı xidmətin nəticəsini aprel ayının 31-nə qədər təhvil verməlidir.Görüləcək işin müqabilində icraçıya 500 ABŞ dolları ekvivalentində məbləğ ödənişin ediləcəyi günün məzənnəsinə uyğun manatla ödəniləcəkdir.

Related posts: