«Transparency International» korrupsiya risklərini qiymətləndirir və tövsiyələr verir

1782163_683394725047385_891814806212087967_n3iyul 2014-cü il tarixində Brüssel şəhərində baş tutmuş beynəlxalq təqdimatın ardınca “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Azərbaycan “Milli Şəfafflıq Sisteminin Qiymətləndirməsi-2014” hesabatını 18 iyul 2014-cü il tarixində yerli ictimaiyyətə təqdim edib. Tədbirdə çıxış edən Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov yaxşı idarəçilik ilə bağlı islahatların həyata keçirilməsində hökumət-vətəndaş cəmiyyəti dialoqunun əhəmiyyəti barədə danışıb. Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin Əməkdaşlıq üzrə rəhbəri Frederik Berna da öz növbəsində iştirakçıları salamlayıb və qeyd edib ki, Avropa Birliyinin “Milli Şəffaflıq Sistemi Qiymətləndirməsi-2014” layihəsinə dəstəyi Birliyin Şərq Tərəfdaşlığı regionunda, konkret olaraq isə Azərbaycanda yaxşı idarəçilik ilə bağlı islahatlara verdiyi xüsusi önəmi göstərir.
“Beynəlxalq Şəffaflıq” təşkilatının özünəməxsus metodologiyası əsasında hazırlanmış bu tədqiqat ölkədə sistemli korrupsiya risklərini qiymətləndirir və bu risklərin gələcəkdə azaldılması və ölkədə şəffaflığın təşviq edilməsi üçün hökumət, vətəndaş cəmiyyəti və biznes sektoruna bir sıra tövsiyələr verir. Bu günə kimi, bu qiymətləndirmə “Beynəlxalq Şəffaflıq” təşkilatının 100-dən çox ölkə nümayəndəlikləri tərəfindən icra olunmuşdur. “Şəfafflıq Azərbaycan” təşkilatı da  “Beynəlxalq Şəffaflıq” təşkilatının MDB üzv ölkələrindəki digər nümayəndəlikləri ilə birlikdə Milli Şəfafflıq Sisteminin Qiymətləndirməsini 2013-cü ilin əvvəlindən başlayaraq aparmaqda idi.
Hesabatda əsasən dövlət və qeyri-dövlət institutların ölkənin idarəçilik sistemi çərçivəsində qiymətləndirməsi aparılıb. Qiymətləndirmə 3 istiqamət üzrə — institutların (1) ümumi imkanları, (2) onların daxili idarəetmə sistemi və qaydaları və (3) onların ölkənin şəffaflıq sistmində rolu meyarları üzrə hazırlanıb və o həm də, hər institutun formal hüquqi bazasını və praktikada tətbiqini nəzərdən keçirir.Hesabata əsasən, Azərbaycan Şəffaflıq Sistemində icraedici hakimiyyət, hüquq mühafizə və anti-korrupsiya qurumları nəzərəçarpan üstünlüyə malik olsalar da, yoxlama və tarazlaşdırma (checks and balances) funskiyasını həyata keçirən hakimiyyətin digər iki qolu — məhkəmə və parlamentin bu sistem çərçivəsində imkanlarının gücləndirilməsinə ehtiyac duyulur. Hesabatda ictimai nəzarət funskiyasını həyata keçirən vətəndaş cəmiyyəti, media və siyasi partiyalar digər pillələrdən  daha zəif qiymətləndirilib. Biznes sektoru da öz növbəsində zəif olaraq qalmaqdadır. Ombudsman İnstitutu və Hesablamalar Palatasının məcbur etmə səlahiyyətləri olmadığına görə onlar kifayət qədər müstəqil deyillər. Lakin sözügedən qurumlar peşəkar fəaliyyətləri sayəsində qiymətləndirmədə daha yüksək nəticə əldə ediblər. Dövlət xidməti sektoru yaxşı qiymətləndirilsə də, dövlət satınalmalarında islahataların ləngiməsi dövlət xidməti sahəsinin ümumi balını qiymətləndirmədə aşağı endirib.
Qeyd edilməlidir ki, son zamanlar korrupsiyanı cinayət əməli kimi təsbit edilməsi, dövlət qulluğuna qəbulda nailiyyətlər, hüquq mühafizə orqanlarında islahatlar, ASAN xidmət mərkəzlərinin və elektron xidmətlərin yaradılması ilə Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə, eləcə də qabaqlayıcı tədbirlər görmək istiqamətində bir sıra uğurlar əldə edə bilmişdir. Bu uğurlar 2013-cü il Beynəlxalq Şəffaflıq Təşkilatının Qlobal Korruspiya Barometri və 2013-cü il Qlobal Korrupsiya hesabatında da əks olunmuşdur. Davam edən islahatlar hökumətin iki əsas strateji sənədi çərçivəsində aparılır.Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı və Açıq Hökumət Tərəfdaşlığı üzrə Milli Fəaliyyət Planı. Hesabatda əks olunmuş tövsiyələrdən bir qismi hər iki Fəaliyyət Planı çərçivəsində görülməli olan tədbirlərlə səsləşir.
“Şəffaflıq Azərbaycan” təşkilatı xüsusən vurğulamaq istəyir ki, əsas uğur hökumət, vətəndaş cəmiyyəti, media, özəl sektor və Azərbaycan vətəndaşlarının indiyə kimi həyata keçirilmiş birgə səylərinin daha da gücləndirilməsindən keçir.

MİLLİ ŞƏFFAFLIQ SİSTEMİ
QİYMƏTLƏNDİRMƏSİ

 

 

Related posts: