“Video Blogging” müsabigəsi elan edilib

aaaABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) və Transparency Azərbaijan təşkilatı “Video Blogging”layihəsini elan edir. “Video Blogging” layihəsinin əsas məqsədi Azərbaycan gənclərini video bloqlar hazırlamağa stimullaşdırmaq və müxtəlif sahələrlə bağlı müsbət dəyişikliklərin əldə edilməsi istiqamətində rollarını artırmaqdır. Layihəyə sosial, hüquq, iqtisadiyyat,sahibkarlıq, sosial iş, incəsənət, jurnalistika, ictimaiyyətlə əlaqələr, informasiya texnologiyaları kimi mövzularda qısa videolar qəbul olunur.
Noyabrın 18-dən dekabr ayının 5-dək videoların hazırlanması və toplanması həyata keçiriləcək. Video bloq müsabiqəsində hər kəs iştirak edə bilərlər.Videolar Dropbox proqramına yüklənib linki vloggingсompetition@gmail.comünvanına göndərilməli və ya AAA-in Caspian Business Center-də yerləşən ofisinə (Cəfər Cabbarlı 40,2-ci mərtəbə)təqdim olunmalıdır. Videoların qiymətləndirilməsi AAA və Transparency Azerbaijan təşkilatı tərəfindən təyin edilən ekspertlər tərəfindən aparılacaq.
Qaliblər 9 Dekabr Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə günündə mükafatlandırılacaq. Birinci yerin sahibi AAA tərəfindən Book Reader, korrupsiya mövzusunda ən yaxşı video isə Transparency Azerbaijan tərəfindən isə Galaxy Tab 3 planşeti ilə mükafatlandırılacaq. 2 və 3-cü yerlərin sahiblərini maraqlı hədiyyələr gözləyir.
Müsabiqə ilə bağlı ətraflı məlumat bu kanaldadır. Əlavə suallar yaranarsa, vloggingсompetition@gmail.com ünvanına yaza və ya (012) 437 13 46 nömrəsinə zəng edə bilərsiniz.

Related posts: