“Əlillik problemi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər” mövzusunda dəyirmi masa

20140221_111517Təşkilatın rəhbəri Rəna Səfərəliyeva məlumat verib ki, əlilliyi olan şəxslərlə bağlı hesabat hazırlanıb: “Hesabatın hazırlanması zamanı dövlət qurumlarında, əlil təşkilatlarında, eləcə də Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində kiçik həcmli sorğular təşkil olunub. Sorğu ümumi problemlərin öyrənilməsinə, problemlərin konkretləşdirilməsinə və mənzərənin müəyyənləşdirilməsinə kömək göstərib”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev deyib ki, Azərbaycan hökuməti əlilliyi olan şəxslərlə bağlı konvensiyanı ratifikasiya etməklə bu şəxslərin hüquqlarının qorunması öhdəliyini üzərinə götürüb: “Hökumət konvensiyadan irəli gələn öhdəlikləri yerinə yetirməyə çalışır. İlk növbədə ayrı-seçkilik yaradan bütün normaları aradan qaldırmağa çalışırıq. Ən böyük maneə cəmiyyətdə əlillərə münasibətdir”.
Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin fikrincə, bu sahədə əsas problemlərdən biri infrastrukturla bağlıdır: “Binalar, körpülər, keçidlər tikilir, ancaq əlilliyi olan şəxslər nəzərə alınmır. Nəticədə əlillər cəmiyyətdə diskriminasiyaya məruz qalırlar”.
“Şəffaflıq Azərbaycan”ın eksperti Kənan Qasımov təşkilatın hazırladığı tövsiyələri təqdim edib. Hesabatın yekün variantı ilə buradan tanış ola bilərsiniz

Related posts: