2020-ci il üçün Korrupsiya Qavrama İndeksi

2020-ci il üzrə  Azərbaycan KQİ-də   30  balla  180 ölkə arasında 129-cı sırada yer alıb

 “Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2020-ci il üçün Korrupsiya Qavrama İndeksini (2020 KQİ) təqdim edir. 2020-ci il üzrə  Azərbaycan KQİ-də   30  balla  180 ölkə arasında 129-cı sırada yer alıb.  2019-ci ildə Azərbaycan 30 balla 180 ölkə arasında 126-ci yerdə qərarlaşmışdı.

 KQİ-nin hazırlanmasında ümumilikdə, 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb. 7 mənbədən 6-sı üzrə Azərbaycana verilən ballar dəyişməz qalib. Bir mənbə “Demokratik Layihələrin Müxtəlifliyi” üzrə Azərbaycana 2019-cu ildə verilən 10 bal 2020-ci ildə artırılaraq 12 bal təşkil edib. Mənbələrin tam siyahısı ilə  «Suallar və Cavablar»  sənədində  tanış ola bilərsiniz.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International)   tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət  sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olmuşdur: 

İllər KQİ balı Qlobal sıralamada yeri   KQİ-də ölkələrin sayı
2020 30 129 180
2019 30 126 180
2018 25 152 180
2017 31 122 180
2016 30 123 176

 “Şəffaflıq Azərbaycan” təşkilatı hökuməti korrupsiya riski yüksək olan sahələrdə daha təsirli antikorrupsiya tədbirlərini həyata keçirilməsi, dövlət şirkətlərini, ictimai xidmətləri yerinə yetirən şirkətlərin, publik hüquqi şəxslərin fəaliyyətində, fiskal sahədə şəffaflıq və hesabatlılığın artırılması üçün daha təsirli addımlar atılmasına çağırır. Eyni zamanda demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinin, vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılmasının vacibliyini vurğulayır.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının 2020-ci il üçün Korrupsiya Qavrama İndeksi

Hesabatı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

https://www.transparency.org/en/cpi/2020/index/nzl

Related posts: