9 Dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günüdür

1457599_10201038065700668_1635153901_n9 Dekabr 2003-cü ildə Meksikanın Merida şəhərində BMT-nin korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş konfransında BMT-nin Korrupsiya əleyhinə Konvensiyası imzalanma üçün açıq elan edilib. Azərbaycan bu Konvensiyanı 27 Fevral 2004-cü ildə imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisi isə bu hüquqi aktı 1 noyabr 2005-ci ildə təsdiq edib. Konvensiya 14 dekabr 2005-ci ildə qüvvəyə minib. 9 Dekabr BMT tərəfindən Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü elan edilib.   Əslində bizim üçün hər gün korrupsiyaya qarşı mübarizə günüdür. Fəaliyyətimizin əsası məhz korrupsiyaya qarşı mübarizədir. Bu gün isə problemi daha da qabartmaq və vətəndaşların diqqətini problemə cəlb etmək baxımından vacib əhəmiyyət daşıyır. Cəmiyyətimizin ən aktual və ciddi problemi olan korrupsiya hüquqpozuntularına qarşı yalnız 9 Dekabrda deyil, hər gün hər bir yerdə mübarizə aparmalıyıq. İlk öncə özümüzü korrupsiya hüquqpozuntularının qurbanı olmaqdan qoruyaq. Bəzən insanlar həyatlarını asanlaşdırmaq üçün rüşvət verir və ya digər korrupsiya hüquqpozuntularına əl atırlar. Unutmayaq ki, rüşvət vermək də rüşvət almaq kimi qanun qarşısında məsuliyyət yaradır. Hər birimiz Korrupsiyaya dur demək əzmində olmalıyıq.
Gələcəyimiz naminə korrupsiyaya yox deməliyik.
Təşkilatımız bu günü xüsusi qeyd edir. Belə ki, Bakıda və təşkilatımızın digər bölmələrində bu gün ilə bağlı təbliğat kampaniyaları təşkil olunur. Bakıda bir neçə həftə bundan əvvəl elan edilən video bloqing müsabiqəsinin qalibləri təltif edilib. Korrupsiya mövzusunda çəkilən ən yaxşı video bloq mükafatlandırılıb.  Gəncə, Quba və Lənkəranda həmkarlarımız insanların daha çox cəmləşdiyi yerlərdə vətəndaşlarla görüşüb, onlarla korrupsiya qarşı mübarizə ilə bağlı söhbətlər aparıblar. Təbiğat və təşviqat matereallarımızı yayıblar. Paylanan matereallardan ən faydalılarından biri Qanun nə deyir adlı jurnaldır ki, vətəndaşlar bu kitabdan istifadə etməklə vacib hüququ məsləhətləri sadə, anlaşılan dildə əldə edə bilərlər. Şəki mərkəzimiz isə bu tədbirlərlə yanaşı Qax rayonunun Qaşqaçay kəndində vətəndaşlarla görüş keçiriblər və onlara lazımı sahələrlə bağlı hüquqi məsləhətlər veriblər. Biz növbəti günlərdə də prosesi davam etdirəcəyik. 13 Dekabr tarixində Şəki şəhərində vətəndaşların şikayətlərinə dövlət qurumları tərəfindən baxılması və ədalətə çatımlılıq mövzusunda  dövlət qurumlarının və vətəndaş cəmiyyətinin digər üzvlərinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq.

Related posts:

One thought on “9 Dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günüdür

  1. Pingback: Anti-Corruption Day 2013: as it happened | space for transparency