Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icra müddəti bitdikdən sonra, Azərbaycan Respublikası Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanması prosesinə başlamışdır.
Yeni Milli Fəaliyyət Planı hökumətlə qeyri-hökumət təşkilatları arasında aparılan dialoq yolu ilə, əvvəlki Milli Fəaliyyət Planından əldə edilən təcrübə, həmçinin müasir çağırışlar əsasında hazırlanır. Açıq Hökumət Platforması çərçivəsdinə yeni Milli Fəaliyyət Planının hazırlanmasına bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq ekspertlərlə yanaşı sıravi vətəndaşların bu prosesə aktiv formada cəlb edilməsi üçün sosial şəbəkələr, canlı yayımlar, radio verilişlər və sorğulardan istifadə ediləcəkdir.
Cari il ərzində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın təşəbbüsü ilə yeni Fəaliyyət Planının hazırlanması prosesi ilə bağlı 3 iclas keçirilmiş və dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq ekspertlərin və universitet nümayəndələrinin təklifləri dinlənilmişdir. İndiyədək 33 dövlət qurumu və 25 QHT yeni Milli Fəalliyyət Planı ilə bağlı öz təkliflərini bildirmişdir. Yeni Milli Fəaliyyət Planının layihəsinin hazırlanması prosesi ilə bağlı müvafiq tədbirlər planı hazırlanmış, Açıq Hökumət Tərəfdaşlığı ilə razılaşdırılmışdır. Azərbaycan üçün hal-hazırda vacib olan prosesdə vətəndaş iştirakçılığının daha da gücləndirilməsini təmin etməkdir.
Milli Fəaliyyət Planının hazırlanması prinsipləri aşağıdaklardır:
- Açıq Hökumət Tərəfdaşlığının prinsip və hədəflərinə uyğunluq
- Öhdəliklərin daha konkret və icra oluna bilən olması
- Məqsədlərin aydın və ölçülənbilən olması
- Öhdəliklərin keyfiyyət nəticələrinə daha çox önəm verilməsi
- Öhdəliklərin icrası üçün zaman çərçivələrinin dəqiq müəyyənləşdirilməsi Maraqlı tərəflərin rəylərinin nəzərə alınması
- AHT prosesinin bütün mərhələlərində hökumətlə vətəndaş cəmiyyətinin davamlı dialoqunun təşkili
Yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı internet səhifəsində, sosial şəbəkələrdə (link) və yerli media qurumlarında cəmiyyətin məlumatlandırılması təmin edilir. 2019-cu il iyul-avqust aylarında yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı hər həftənin cümə günü saat 3-də Azərbaycan Respublikasının Miqrasiya Xidmətində iclasların keçirilməsi nəzərdə tutulur. Hər bir iclasın gündəliyi və nəticələri ilə bağlı məlumatlar www.ogp.org.az internet səhifəsində və sosial şəbəkələrdə yerləşdiriləcəkdir. Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri bu prosesdə aktiv iştirak etməyə dəvət edir.
Related posts:
Rəna Səfərəliyeva xarici televiziya kanalına müsahibə verib
ELEKTRON XİDMƏTİN GÖSTƏRİLMƏSİ SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ İLƏ BAĞLI AP...
“Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan...
“Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan...
Elektron xidmətlər və elektron məlumat mübadiləsi üzrə HESABAT Açıqlanıb
Qlobal Korrupsiya Barometri 2016
Korrupsiya Qavrama İndeksi (KQİ) 2016
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Təhsil və maarifləndirmə ilə ...