“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə sahəsində araşdırmalar və tədqiqatların aparılması-Vətəndaş cəmiyyəti üçün Bələdçi vəsaitinin hazırlanması” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizə, ictimai nəzarətin təşkili sahəsində potensialının artırılmasına yardım göstərilməsidir.
Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində monitorinqlər, araşdırmalar, tədqiqatlar aparılması ilə bağlı zəruri bilikləri, beynəlxalq təcrübə və standartları əhatə edən vəsait hazırlanacaq və nəşr olunacaq.
Vəsait yerli VCT-lərə və müvafiq kitabxanalara, universitet kitabxanalarına təqdim ediləcək.