Azərbaycan Açıq Hökumət Platforması Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlayacaq

2019-cu il 01 i545cdaacef9f930yun tarixindən etibarən Azərbaycan Açıq Hökumət Platforması  Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni  Açıq Hökumətin Təşviqinə dair  Milli  Fəaliyyət Planının hazırlanmasına başlayacaq.

Yeni Açıq Hökumətin Təşviqinə dair  Milli  Fəaliyyət Planının hazırlanması prosesi Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar ən geniş ictimai və vətəndaş iştirakçılığı təmin ediləcək, bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, KİV, vətəndaşların  müzakirələrə cəlb edilməsi üçün ictimai müzakirə və dinləmələr, dəyirmi masa müzakirələri keçiriləcək.

Azərbaycan Açıq Hökumət Platforması digər tərəfdaşlarla birlikdə bu prosesə bütün maraqlı tərəfləri fəal cəlb etmək, onların bilgiləndirilməsi üçün məlumatların yayılması, dialoqun təşkili,  təklif və rəylərin  toplanması, bunların bütün tərəflərlə paylaşılmasını, səmərli və peşəkar konsultasiyaların keçirilməsini təmin edəcəkdir. Azərbaycan Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri, vətəndaş cəmiyyəti təşkilatlarını, KİV-i, vətəndaşları bu prosesdə fəal iştirak edib, töhfələrini verməyə dəvət edir.

Bu məsələlərlə bağlı əlavə məlumat verilləcək. Yenilikləri Platformanın, https://www.facebook.com/opengovplatformaz/ Feysbuk hesabından və www.ogp.org.az   saytı vasitəsilə izləyə bilərsiniz.

Xatırladaq ki, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP)  Azərbaycana hökumət və vətəndaş cəmiyyətinin birgə Açıq Hökumət Milli Fəaliyyət Planın işlənməsi ilə əlaqədar “Yol Xərtiəsi” hazırlanmasını tövsiyyə etmişdi. Azərbaycan Açıq Hökumət Platformasının  təşəbbüsü ilə QHT-lərdən ibarət İşçi Qrup yaradılmışdı və “Yol Xərtiəsi” hazırlanaraq  Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına təqdim edilmişdi. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası öz növbəsində “Yol xərtiəsi”ni Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə (OGP)  təqdim edib.

Related posts: