“Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” Layihəsi üzrə Rəhbər Komitənin ilk iclası cari ilin 30 may tarixində təşkil olunmuşdur. Tədbir layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin təqdim edilməsi, eyni zamanda gözlənilən nəticələri və fəaliyyət qrafikini müzakirə etmək məqsədilə 15 benefisiar qurumun nümayəndələrini bir araya gətirmişdir. Həmçinin, Rəhbər Komitənin iclasında layihədə nəzərdə tutulan fəaliyyətlərin icrası zamanı koordinasiyanın səmərəli şəkildə təmin edilməsində komitə üzvlərinin rolu xüsusi vurğulanmışdır.
Layihə Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) proqramının birinci mərhələsi çərçivəsində korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması (2015-2017) və çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi (2018) sahəsində ölkədə həyata keçirilmiş tədbirlərin davamıdır.
Mənbə: https://www.coe.int/az/web/baku/-/first-steering-committee-meeting-of-the-project-on-strengthening-anti-money-laundering-and-asset-recovery-in-azerbaija-1?fbclid=IwAR3LMDfdrYDLS8Hh66zX9fqYjCBNk-cC3-kLHRRVS6YpvqCzEaAmdzhovuw