Məşhur hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun təkrar məhkəmə prosesi ərəfəsində Beynəlxalq Şəffaflıq korrupsiyaya qarşı mübarizə təşkilatı onları dərhal azad etməyə çağırıb.
Bir qrup beynəlxalq müşahidəçilər həbsdə olan Leyla və Arifin hər ikisinin vəziyyətinin ciddi şəkildə pisləşməsi və məhkəmə prosesinin siyasi xarakter daşıma ehtimalı ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.
Leyla Yunus 2014-cü il iyulun 30-da vergi ödənişindən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və dələduzluq, eləcə də dövlətə xəyanət maddələri ilə həbs olunub. Bütün ittihamlar nəzərə alınarsa onun həbs müddəti uzun ola bilər. Leylanın diabet və böyrək çatışmazlığı xəstəliyi var və hakimiyyət onu xəstəxanaya yerləşdirməyə və ya ona adekvat müalicə göstərilməsinə imkan yaratmır; onun vəziyyəti kəskin şəkildə pisləşib. Arif yuxusuzluq (insomnia) və hipertoniyadan əziyyət çəkir.
Beynəlxalq Şəffaflıq hesab edir ki, onların hər ikisi humanitar səbəblərdən azad edilməlidir; digər səbəb isə ədalətli məhkəmə üçün yaradılan şəraitin beynəlxalq standartlara cavab verməməsidir.
Avropa Şurası Azərbaycanla bağlı qiymətləndirməsində (2015-ci il Aprel ayında nəşr olunub) bəyan edib ki: “Konstitusiyada və əsas qanunlarda hakimiyyət qollarının müstəqilliyi və bir-birindən ayrı olması prinsipləri göstərilsə də, institusional struktur prezident və icra orqanlarına daha çox səlahiyyət verir; onlar qanunvericilik və ədliyyə sistemi, eləcə də prokurorluq üzərində güclü nüfuza malikdirlər.”
Məhkəmə prosesində mətbuat və vətəndaş cəmiyyəti təşkilatlarından olan bir çox müstəqil müşahidəçiyə məhkəmə zalına girməyə icazə verilməyib.
Beynəlxalq Şəffaflıq təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Ann Koh bununla əlaqədar bildirib:
“Hökumət Avropa İnsan Hüquqları Konvensiyasına sadiqliyini nümayiş etdirməli və Leyla və Arif Yunusu dərhal azad etməlidir.”
Beynəlxalq Şəffaflıq təşkilatı Azərbaycanın hüquq müdafiəçilərini azad etməyə çağırıb
Rəna Səfərəliyeva xarici televiziya kanalına müsahibə verib
GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ İLƏ “GÜNƏŞ IŞIĞI QANUNLARI” HAQQINDA DƏY...
QHT-lər üçün Layihələrin Yazılması üzrə Təlim
Qrant müqavilələrinin qeydə alınması Qaydasına dəyişikliklərlə bağlı
GÖMRÜK XİDMƏTİ İLƏ BAĞLI SORĞU
UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə sistemi
"Dövlət satınalamalarında şəffaflıq” mövzusunda Tədqiqat Hesabatı haz...
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Qanunvericiliyin təkmilləşdir...