BEYNƏLXALQ ŞƏFFAFLIQ TƏŞKİLATININ BƏYANATI

Azərbaycan: Vətəndaş Cəmiyyətinin Fəaliyyəti Dayandırılır

AZ_feature2005-ci ilin mart ayında “Şəffaflıq Azərbaycan” təşkilatı (ŞA) Bakı şəhərində ilk pulsuz hüquqi yardım şöbəsi olan Vəkillik və Hüquqi Məsləhət Mərkəzlərini (ALAC) açdığı andan etibarən hər gün, korrupsiya ilə üzləşən 40 000-dən çox insan yardım üçün təşkilata müraciət etmişdir. Bu insanların əksəriyyəti səslərini eşitdirə bilməyən həssas qrupları təmsil edir.

“Şəffaflıq Azərbaycan” təşkilatı 2005-2007-ci illəri ərzində daha dörd mərkəz açmışdır, lakin maliyyə problemi hər zaman çətinlik törətmişdir. 2013-cü ilin sonunda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) ölkədə miqyası kiçildikdən sonra ŞA-nın iki mərkəzi bağlanmalı oldu. 2012-ci ilin sentyabrından başlayaraq qalan üç mərkəz ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihəsi çərçivəsində maliyyələşdirildi.

Lakin 8 avqust 2017-ci il tarixində ŞA iki regional mərkəzini bağlamalı olduğunu və paytaxt Bakıda fəaliyyətini məhdudlaşdırdığını elan etdi. Bunun səbəbi hökumətin ölkə xaricindən gələn maliyyənin qeydiyyatının uzadılmasını təsdiq etməməsidir. 2012-ci ildən etibarən hökumət qeyri-hökumət təşkilatlarına beynəlxalq donorlardan pul qəbul etməyə imkan verməyən qanunlar qəbul edib.

Buna yol verilməməlidir. “Şəffaflıq Azərbaycan” təşkilatı “Beynəlxalq Şəffaflıq” təşkilatının bütün milli bölmələri kimi bitərəf təşkilatdır. Onun rolu korrupsiyaya qarşı mübarizə aparmaq və insanlara öz hüquqlarını qorumaq üçün yol göstərməkdir. Onun işi həmçinin hökumətin korrupsiyaya qarşı mübarizədə məqsədinə çatmaqda vətəndaş cəmiyyətinin dəstəyini nümayiş etdirməkdir.

“Beynəlxalq Şəffaflıq” təşkilatının Korrupsiya Qavrama İndeksində Azərbaycan 30 balla qiymətləndirilmişdir. Bu da korrupsiyaya qarşı ciddi problemin olduğunu göstərir.

“Xarici qrantlara geniş qadağalar ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin dayanmasına səbəb olub və bütün sahə üzrə vətəndaş təşəbbüslərinə dağıdıcı zərbə vurub.”

“Şəffaflıq Azərbaycan”

təşkilatının icraçı direktoru

Rəna Səfərəliyeva

Amma fəal bir vətəndaş cəmiyyəti olmadıqca hökumətin vətəndaşlar qarşısında hesabatlılığı çətindir. Çox vaxt təşkilatlar yerli səviyyədə vəsait toplaya bilmirlər. Lakin, insanlar onları – əsasən korrupsiya məsələləri ilə bağlı – təmsil edəcək müdafiəçilərə ehtiyac duyurlar.

ŞƏFFAFLIQ AZƏRBAYCAN DƏYİŞİKLİKLƏRƏ SƏBƏB OLUR:

  • Qanunvericilik və dövlət idarəçiliyindəki boşluqları aradan qaldırmaq üçün Vəkillik və Hüquqi Məsləhət Mərkəzlərindən əldə etdiyi informasiyadan istifadə etməklə siyasi tövsiyələr verir.
  • İslahatların ehtiyac duyulduğu, o cümlədən əmlak, məşğulluq kimi sahələri və hökumət tərəfindən korrupsiyanın məhdudlaşdırılmasında nağdsızlaşdırmanın tətbiqi yollarını müzakirə etmək üçün vətəndaş cəmiyyəti ilə hökumət nümayəndələri arasında dəyirmi masalar təşkil edir.
  • Xalqın müstəqil bir səsi kimi çıxış edir. Bu səs – hökumət tərəfindən dəfələrlə eşidilən və elektron hökumətin inkişafı və ictimai xidmət mərkəzləri tərəfindən şəffaflıq və hesabatlılıq

prinsiplərinin tətbiq edilməsi kimi sahələrdə yeni hüquqi aktlar və institusional inkişaflara çevrilən səsdir.

Dünyada fəaliyyət göstərən vətəndaş cəmiyyəti üçün imkanların məhdudlaşdırılması cəmiyyətin ən həssas qrupu üçün çox sarsıdıcıdır. Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə, o cümlədən «Şəffaflıq Azərbaycan» təşkilatına qrantların təsdiqini asanlaşdırmaq üçün qanunvericiliyə dəyişiklik etməlidir. Bu, ölkə vətəndaşlarına və hökumətə korrupsiyaya qarşı mübarizədə kömək edəcəkdir.

Related posts: