Tədbirdə Azərbaycan milli bölməsinin nümayəndəsi iştirak edib.
2019-cu ilin iyun ayında Berlində Şərqi Avropa və MDB regionu üzrə Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) təşkilatının regional görüşü keçirilib. Tədbirdə ümumilikdə, 50 ölkədən nümayəndə iştirak edib.
Regional görüşdə ölkələr üzrə milli bölmələr və həmin ölkələrdə mövcud vəziyyət, təşkilat Katibliyinin milli bölmələrlə iş prinsipləri və münasibətlərin qurulmasının təkmilləşdırılməsi məsələləri müzakirə edilib.
Tədbirdə, həmçinin korrupsiya hüquqpozmaları barədə xəbər verən şəxsin müdafiəsi, dürüstlülük və siyasi korrpsiya məslələri, Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) 2030-cu il Baxış Strategiyası ilə əlaqədar keçirilmiş sorğunun nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktorunun müavini Ramil İskəndərli iştirak edib. O, Azərbaycanda korrupsiya hüquqpozmaları barədə xəbər verən şəxslərin müdafiəsi ilə bağlı milli qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə məlumat verib.
R.İskəndərli korrupsiya hüquqpozmaları barədə xəbər verən şəxslərin müdafiəsi məsələlərin Beynəlxalq Şəffaflıq Təşkilatının illik qurultayında müzakirə edilməsini təklif edib.
P.S. Şəkildə Transparency İnternational (Beynəlxalq Şəffaflıq) təşkilatının İdarə Heyətinin sədri Delia Matilde Ferreira Rubio və Ramil İskəndərli.